• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək

Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
29.05.2020 12:19
NASA-nın 9 il əvvəl kosmosa buraxdığı "New Horizons"  gəmisi bu gün haqqında çox az məlumat olan ən kiçik planet Plutona yaxınlaşır. Beləliklə də, ilk dəfə olaraq bu planetin ən yaxın fotoları Yer Kürəsinə göndəriləcək.

ANN.Az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, artıq "New Horizons" planetə 1,6 milyon kilometr yaxınlığındadır. Nüvə yanacağı ilə çalışan "New Horizons" gəmisi adi kosmonavt gəmilərindən 100 dəfə daha sürətli hərəkət edir.  Bu səbəbdən gəminin dəqiqliklə şəkillər çəkmək, elmi məlumatlar toplamaq üçün vaxtı az olacaq. "New Horizons" missiyasının rəhbəri Alan Stern ən yaxşı və dəqiq görüntülərin cümə axşamı əldə olacağını deyib. O, kosmik gəminin irəlilədikcə 16 ay boyunca daha görüntülü və dəqiq fotoların göndəriləcəyini qeyd edib.
 
 

Yer Kürəsi ilə Pluton arasındakı məsafə 5 milyard kilometrdir. Bu səbəbdən göndərilən siqnalların dünyaya çatması saatlarla vaxt tələb edir. "New Horizons"un hazırda dayandığı nötqə adi zamanla ölçülmür.  Elm adamları "New Horizons"a proqram və əmrlərin daha əvvəldən yükləndiyini, hazırda heç bir yüklənmə və əmr göndərməyin mümkün olmadığını qeyd ediblər.

Alimlər "New Horizons" və Pluton "görüşünü" kosmik kəşf tarixində xüsusi gün kimi qəbul edirlər. Plutonun daha yaxından görüntülənməsi ilə Günəş Sistemindəki bütün 9 planetlə bağlı kəşfiyyat xarakterli araşdırma sona çatacaq

Nuray


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Dünya 11:17
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Dünya 11:02
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Dünya 10:51
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Dünya 10:51
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Prezidentin ad günü menyusunda fil və aslan əti
Dünya 10:35
Prezidentin ad günü menyusunda fil və aslan əti
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünya 10:15
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Dünya 09:43
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol