• $
  • £

"Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasında heç bir gecikmə yoxdur"

29.05.2020 11:24
"Layihə üzrə Məşvərət Şurasının ikinci iclasında 2015-ci ilin yekunları müzakirə olunacaq”

"Cənub Qaz Dəhlizi" üzrə Məşvərət Şurasının ikinci iclasında 2015-ci ilin yekunları və bu müddət ərzində görülən işlər müzakirə olunacaq.

"APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

N. Əliyev deyib ki, Məşvərət Şurasının keçirilməsi ideyası Azərbaycan prezidenti İlham Əliyev tərəfindən verilib: "Layihənin reallaşdırılmasında problem texniki, maliyyə və ətraf mühitin mühafizəsi ilə bağlı deyil. Layihənin reallaşdırılmasında bir sıra məsələlər var ki, burada hökumətlər tərəfindən operativ müdaxiləyə, müəyyən qərarların qəbuluna ehtiyac var. Bütün bunları nəzərə alaraq, "Cənub Qaz Dəhlizi" layihəsində iştirak edən energetika nazirlərinin iştirakı ilə Məşvərət Şurasının keçirilməsi ideyası irəli sürülüb".

Nazir deyib ki, keçirilən ilk iclasın nəticələri olduqca müsbət olub. "Bu layihənin reallaşdırılmasında atılacaq addımlar müəyyən edilib. Özümüz üçün layihədə olan axsaqlıqları müəyyən etdik. Əsası odur ki, biz bu il üçün "Cənub Qaz Dəhlizi"nin inşası ilə bağlı plan və məsələləri müəyyən etdik. Yəni TANAP, TAP kəmərlərinin çatışmazlıqlarını, problemləri, maneələri müəyyən etdik. Xoşbəxtlikdən layihədə hələ ki heç bir gecikmə yoxdur", - deyə o qeyd edib.

Bununla yanaşı, nazir bildirib ki, Məşvərət Şurasının ikinci iclasının dəqiq keçirilmə vaxtı məlum deyil.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
İqtisadiyyat 09:00
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
İqtisadiyyat 17:34
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
İqtisadiyyat 15:08
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 15:01
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
İqtisadiyyat 12:52
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
ABB-dən 200 000 manata qədər təmir krediti
İqtisadiyyat 12:48
ABB-dən 200 000 manata qədər təmir krediti
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
İqtisadiyyat 12:03
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
İqtisadiyyat 11:41
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol