• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

Kreditlərin silinməsi ilə bağlı şaiyələrə rəsmi cavab

Kreditlərin silinməsi ilə bağlı şaiyələrə rəsmi cavab
16.07.2015 12:10
Elman Rüstəmov: "Bankların verdikləri kredit əhalinin, başqa bir vətəndaşın puludur".

"Əhali arasında, bəzi kütləvi informasiya vasitələrində kreditlərin bağışlanacağı barədə gəzən söz-söhbətlər əsassızdır":

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov dövlət televiziyasına (AZTV) müsahibəsində söyləyib. Sədr bildirib ki, bankların verdikləri kredit əhalinin, başqa bir vətəndaşın puludur. 

"Mənə rast gəlib ki, yaşlı vətəndaş problemli vaxtında öz evini satıb dolanmağa qərar verib. O, satdığı evin pulunu gətirib məlum banka yatırıb. Bank da həmin pulu daha aktiv vətəndaşlara verib, hansı ki, biznes qurmaq, öz uşağına təhsil vermək istəyir və s. Baryerin bir tərəfində 60 yaşlı, həyatını yaşamış, artıq təqaüdçü olmuş evini satmış və pulunu banka yatırmış şəxsdir. Bən bununla rastlaşmışam, həmin adamın problemini həll etdik, həll olunan problem idi. Onun banka yatırdığı pulu onlarla başqa aktiv vətəndaş götürüb. Sabah bu kreditlər qayıtmır, deyilir ki, kreditlər bağışlanmalıdır. Kimin hesabına? Çox vaxt bank düşünülür. Bank ortada vasitəçidir, bankın o qədər vəsaiti olmur. Bankın öz kapitalı, onun cəmi aktivlərinin 10%-ni təşkil edir". 

Mərkəzi Bankının sədri bildirib ki, banklardakı pulların 90%-i vətəndaşların puludur: "Buna görə mənəvi baxımdan düşünmək lazımdır. Biz deyəndə ki, kreditlər silinməlidir, bağışlanmalıdır, o zaman düşünmək lazımdır ki, kimin pulları!? Passiv vətəndaşın?! Hansı ki, o əmanətlər hesabına yaşamaq istəyir. Hökmən dərk etmək lazımdır ki, bank vasitəçidir”, - deyə AMB rəsmisi söyləyib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İşə ictimai nəqliyyatda getməyin FAYDASI
04:27
İşə ictimai nəqliyyatda getməyin FAYDASI
22:48
"Nizami" stansiyasının ən yaxşılar sırasına çıxması böyük uğurdur" - Nəsimi Paşayev
Aydın Əliyev:
15:53
Aydın Əliyev: "Asan olsaydı, bu iş 3 aya deyil, 3 günə görülərdi" - FOTOLAR
Dollarla olan kreditləri manata çevirərkən nələrə diqqət edilməlidir?
12:00
Dollarla olan kreditləri manata çevirərkən nələrə diqqət edilməlidir?
Kreditlərin silinməsi ilə bağlı şaiyələrə rəsmi cavab
12:10
Kreditlərin silinməsi ilə bağlı şaiyələrə rəsmi cavab
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol