• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

İlham Əliyev: “Biz erməni lobbisinin əbədi düşməniyik"

İlham Əliyev: “Biz erməni lobbisinin əbədi düşməniyik
21.07.2015 16:09
"Erməni lobbisi sübut etməyə çalışır ki, Azərbaycanda guya insan haqları pozulur və beləliklə, erməni azlığı gələcəkdə Azərbaycanın tərkibində yaşaya bilməz, bu, tam cəfəngiyatdır"

"Biz erməni təbliğatını ifşa etməliyik. Dünya ictimaiyyətinə çatdırmalıyıq ki, bizə qarşı hücumların arxasında nələr dayanır. Bu, çox sadə yanaşmadır ki, erməni lobbisi nə üçün bizə qarşı bu fəaliyyəti aparır. Bu, ilk növbədə düşmənçiliyə görədir, biz onların əbədi düşməniyik, bunu heç kim heç vaxt yaddan çıxarmasın”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, erməni lobbisi Azərbaycanda demokratiya olmadığını sübut etməyə çalışır: "Guya insan haqları pozulur və beləliklə, erməni azlığı gələcəkdə Azərbaycanın tərkibində yaşaya bilməz. Halbuki bu, tam cəfəngiyatdır. Azərbaycan çoxmillətli, çox konvensiyalı ölkədir. Bütün millətlərin, dinlərin nümayəndələri Azərbaycanda qardaşlıq şəraitində yaşayır. Ölkəmizdə unikal şərait yaradılıb və bu, bir çox ölkələr üçün nümunə ola bilər. Ancaq bu təbliğatın və anti-Azərbaycan kampaniyasının arxasında duran əsas tezis məhz bundan ibarətdir, yenə də Dağlıq Qarabağ münaqişəsidir. Ona görə də Azərbaycanı müasir, inkişafda olan, açıq, tolerant ölkə kimi dünya media məkanına təqdim etməliyik. Bununla bərabər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini, ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq”.  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
12:23
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
12:13
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
İlham Əliyev iftar süfrəsində
12:07
İlham Əliyev iftar süfrəsində
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
10:56
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
10:39
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
10:27
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
09:43
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
09:18
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol