• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Azərbaycan klublarının sabiq futbolçularının FİFA-ya şikayətinə aydınlıq gətirildi

Azərbaycan klublarının sabiq futbolçularının FİFA-ya şikayətinə aydınlıq gətirildi
22.07.2015 21:57
"Azərbaycanda bütün klubların futbolçularla 4 müqaviləsi olur".

 "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı"nın vitse-prezidenti Yaşar Seyidov deyib.

Y.Seyidov bildirib ki, bu, artıq heç kimə sirr deyil. Klub rəsmisi futbolçuların məhz belə müqavilələri əllərində rəhbər tutaraq, FİFA-ya şikayət etdiklərini söyləyib: "Futbolçularla müqavilə bağlayanda yüksək məbləğə razılaşırlar. Amma onlarla centlmen razılaşma da olur ki, az oynasan, maaşı da az alacaqsan. Lakin maaşın ödənilməsində problem yaranan kimi futbolçular FİFA-ya üz tuturlar ki, pulumuz verilmir. Halbuki onlarla müqavilədə belə hallar əvvəlcədən göstərilməlidir. Yəni, futbolçuya bütün oyunlarda iştirakları qarşılığında 100 faiz, sonradan meydana girəcəklərsə, 70 faiz, daim ehtiyatda qalacaqlarsa, 50 faiz ödənilməlidir".

Artıq AFFA-da Oyunçuların Statusu və Transferi Komitəsinin fəaliyyətə başladığını deyən Y.Seyidov bundan sonra belə məsələlərdə klubların daha peşəkar davranacaqlarına ümid etdiyini bildirib.

Qeyd edək ki, son zamanlar Azərbaycanın bir neçə klubundan sabiq futbolçuları FİFA-ya şikayət edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol