• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Tahir Gözel: "Qarabağ" daha bir dünya nəhəngini Bakıya gətirəcək"

Tahir Gözel:
23.07.2015 15:42
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözel Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqro "Rudar"ı üzərində 1:0 hesablı qələbədən sonra klub saytının suallarını cavablandırıb.
 
"Report"un məlumatına görə, klub rəsmisi bu önəmli hadisədən danışaraq təəssüratlarını bölüşüb:

- "Qarabağ" Azərbaycan üçün önəmli funksiya daşıyır. İşğal olunmuş torpaqları və Qarabağı heç vaxt unutmuruq. Təbii ki, torpaqlarımızın işğaldan azad olunacağına inanımımız böyükdür. Dövlətimizin həm hərbi və həm də iqtisadi gücü buna qadirdir. Biz buna inanırıq və əminik. Hazırda 1 milyon məcburi köçkünün ümididir "Qarabağ". Ağdamın işğal günü ərəfəsində "Qarabağ"ın Çempionlar Liqasında qələbə qazanması, mərəhələ adlaması məcburi köçkünlərin qəlbində belə üzücü gündə təsəllidir, ümid işığıdır. Sevinirik ki, "Qarabağ" belə bir məqamda qələbə qazanaraq xalqımızı sevindirə bildi.

- Oyunla bağlı təəssüratlarınız necə oldu: "Rudar"la oyunda komandadan məmnun qaldınızmi?

- Təbii ki, komandamın oyununu həyəcanla izlədim. Hələ Bakıdakı ilk oyundan sonra rəqib müdafiə olunduğunu və Monteneqroda "Qarabağ"ın növbəti mərhələyə çıxacağına inandığımı bildirmişdim. Göründüyü kimi, komandamız oyunboyu hücumda oynadı, nəticə qazanmaq üçün əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Komandamızın məzmunlu oyununu Reynaldo vurduğu gözəl qolla tamamladı. Braziliyalı forvard xarakter nümayiş etdirərək, nə qədər önəmli oyunçu olduğunu göstərdi. Komandam ən yaxşısını nümayiş etdirərək növbəti mərhələyə yüksəlməyi haqq etdi.

- Qarşıdan dünyaca ünlü "Seltik" gəlir...

- Təbii ki, "Seltik" dünyanın ən tanınmış komandalarından biridir. Tarixinə nəzər saldıqda necə böyük komanda olduğuna şahidlik edirik. Son illərdə ölkəsinin dəyişməz çempionudur. Məlum olduğu kimi, ilk oyun Böyük Britaniyada – Şotlandiyada olacaq. Böyük Britaniyaya viza alınması bir qədər çətin prosesdir. Krallığın ölkəmizdəki səfirinə göstərdiyi həssas münasibəti qarşılığında təşəkkürümü bildirirəm. Qısa zamanda viza alınması üçün köməyini əsirgəmədi. "Qarabağ" daha bir dünya nəhəngini Bakıya gətirəcək. Təbii ki, mən hər zaman olduğu kimi komandama inanıram. "Qarabağ" "Seltik"ə qarşı layiq olduğu şəkildə mübarizə aparacaq. "Qarabağ"ın uğuru Azərbaycanın uğurudur. "Seltik"lə mübarizə hamımız üçün maraqlı çağırış olacaq. "Qarabağ" hər zaman öz duruşunu qoruyacaq. Nəticə nə olursa olsun, mən komandamın arxasındayam.  


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol