• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

"Ukrayna böhranı və Qarabağ münaqişəsi biri-biri ilə müqayisə edilə bilməz"

23.07.2015 22:53
"Ukrayna böhranı, Dağlıq Qarabağ və digər münaqişələr biri-birləri ilə müqayisə edilə bilməz"

"Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Helsinki Yekun Aktının prinsipləri - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmə prinsipləri əsasında həll olunmalıdır”. 
 
APA-nın xəbərinə görə, bu sözləri Bakıda mətbuat konfransı keçirən ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik deyib.
 
Ukraynanın Donbas regionundakı münaqişə ilə Azərbaycanın Dağlıq Qarabağ regionundakı münaqişənin nə ilə fərqləndiyi barədə suala C. Uorlik belə cavab verib: "Münaqişələr fərqlidir. Hər bir münaqişənin özünün mənbəyi, tarixi var. Ukrayna böhranı, Dağlıq Qarabağ və digər münaqişələr biri-birləri ilə müqayisə edilə bilməz. Hər bir münaqişəyə bilavasitə münaqişənin zəminindən asılı olaraq müxtəlif yanaşmalar olmalıdır. Dağlıq Qarabağ münaqişəsi Helsinki Yekun Aktının prinsipləri - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə  və güc tətbiq etməmə prinsipləri əsasında həll olunmalıdır”. 

 
ABŞ prezidentinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edib-etməyəcəyi barədə sualı cavablandıran diplomat ABŞ prezidenti Barak Obamanın planları barədə danışmaq istəmədiyini söyləyib: "Mən prezident Obamanın planları barədə danışmaq istəmirəm. Lakin ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri və həmsədrlərin özləri çox istəyir ki, hər iki ölkənin prezidentləri onlara münasib olan zamanda bir araya gəlsinlər və münaqişənin sülh yolu ilə həllinə dair irəliləyişə nail olsunlar”.

 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
12:23
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
12:13
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
İlham Əliyev iftar süfrəsində
12:07
İlham Əliyev iftar süfrəsində
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
10:56
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
10:39
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
10:27
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
09:43
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
09:18
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol