• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

"WizzAir": “Azərbaycanla əməkdaşlıq etməyəcəyik”

24.07.2015 12:24
AZAL-da tariflərin yüksək olması ilə əlaqədar ölkə başçısı İlham Əliyevin çıxışında sonra qurum uçuş qiymətlərində endirim etdi. Ekspertlərin fikrincə, qiymətlərdə endirim elan olunsa da, indiki şərtlər əvvəlki ilə müqayisədə xeyli ağırdır və son nəticə etibarı ilə qiymətlər nəinki aşağı endirilib, hətta yüksəldilib. Yəni AZAL-dan narazılıq hələ bitməyib. Narazılığı aradan qaldırmağın yolları isə var. Bu, dünyada ucuz uçuşlar həyata keçirən aviaşirkətlər "Pegasus” və "WizzAir”lə əməkdaşlıq etmək. 

"WizzAir”lə olan əməkdaşlıq məsələsinə münasibət bildirən AZAL-ın vitse prezidenti Arif Məmmədov iyulun 22-də  mətbuat konfransında vurğulayıb ki,bu şirkətin uçuşlarına qadağa qoyulmayıb: "Sadəcə "WizzAir" aldığı xidmətlərin qiymətini ödəməyib. "WizzAir" qış mövsümündə uçuşlar həyata keçirmək istəmir. Amma biz onlara uçuşların ilboyu həyata keçirilməsi tələbi qoymuşuq. Şirkət yalnız yay mövsümündə fəaliyyət göstərmək istəyir”.

Məsələni araşdırmaq üçün ANN.Az saytı "Pegasus” və "WizzAir” aviaşirkətlərinə yazılı sorğu ilə müraciət edib. "Pegasus”dan hələ ki, rəsmi cavab alınmayıb.

"WizzAir” Azərbaycanla əməkdaşlıq etməyəcək” – bunu ANN.Az-ın soğrusuna cavab olaraq qurumun rəsmisi Tamara Mshvenieradze deyib.

"WizzAir” rəsmisi bildirib ki, AZAL bizimlə müqavilə şərtlərini dəyişib: "Buna görə də "WizzAir”in  Budapeşt-Bakı xidmət dayandırılıb. "WizzAir” Azərbaycanda göstərilən xidmətləri ödəmək üçün heç vaxt imtina etməyib. Biz Mərkəzi və Şərqi Avropanın ən ucuz hava yolları aviaşirkətiyik. Buna görə də bütün xidmətləri yüksək səviyyədə həyata keçiririk. "WizzAir” 2015-ci il üçün bütün marşurut xətlərini səfərbər edib. Bu səbəbdən də bu il Azərbaycanla əməkdaşlıq edə bilməyəcəyik. Hazırda Bakıya uçuşlar yoxdur.  Amma Azərbaycan tərəfdən yeni bir təklif olarsa, bu təklifi nəzərdə keçirə bilərik”.

AZAL-da tarif qiymətlərinin yüksək olmasına hətta ölkə başçısı İlham Əliyev sərt münasibət göstərib. Prezident bildirib ki, "Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır".



Orxan Aslanlı


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
“Rusiya bu cür təkliflərlə ajiotaj yaradıb, yeni SSRİ qurmaq niyyətindədir” - EKSPERT
11:52
“Rusiya bu cür təkliflərlə ajiotaj yaradıb, yeni SSRİ qurmaq niyyətindədir” - EKSPERT
Azərbaycanda maliyyə ombudsmanı institutunun yaradılması hansı effekti verə bilər? - AÇIQLAMA
11:26
Azərbaycanda maliyyə ombudsmanı institutunun yaradılması hansı effekti verə bilər? - AÇIQLAMA
Türk iş adamı: “Neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcək” - MÜSAHİBƏ
10:40
Türk iş adamı: “Neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcək” - MÜSAHİBƏ
“Bu fərman ucuzlaşmaya səbəb olacaq” - AÇIQLAMALAR
08:44
“Bu fərman ucuzlaşmaya səbəb olacaq” - AÇIQLAMALAR
08:44
"Bu fərman sahibkarlara öz hüquqları olduğunu xatırlatdı" - AÇIQLAMALAR
Ekspertlər kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi yollarını göstərdilər - AÇIQLAMALAR
03:11
Ekspertlər kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi yollarını göstərdilər - AÇIQLAMALAR
15:56
"1 dollar 3-5 manat olacaq" – EKSPERT
Mərkəzi Bankının valyuta ehtiyatları bu il 50% azalıb
13:31
Mərkəzi Bankının valyuta ehtiyatları bu il 50% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol