• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

FİFA rəsmisi axtarışa verildi

FİFA rəsmisi axtarışa verildi
24.07.2015 13:30
ABŞ Paraqvayın hakim dairələrinə ev həbsi altında olan Cənubi Amerika Futbol Konfederasiyasının (Conmebol)86 yaşlı sabiq prezidenti Nikolas Leosun ekstradisiyası barədə müraciət edib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Paraqvay Xarici İçlər Nazirliyinin nümayəndəsi müvafiq sənədin alınmasını təsdiq edib. "Biz ABŞ səfirliyi tərəfindən göndərilmiş bütün sənədləri alınıb və onları ölkənin Ali Məhkəməsinə təqdim edilib”, – deyə nazirliyin nümayəndəsi bildirib.

Qərb mətbuatının yazdığına görə, 1986-2013 illərdə Cənubi Amerika Futbol Konfederasiyasına başçılıq edən Leos adı 2002 il dünya çempionatın ev sahibi seçilməsi üçün rüşvət almaqda iştirak edib. Qeyd edək ki, yayılan məlumata əsasən o zaman Yaponiya Futbol Assosiasiyası Conmebol üzvlərinin hesablarına 1,5 milyon ABŞ dolları keçirib. Nikolas Leos bu vəsaitin Konfederasiya məmurları arasında bölüşdürülməsinə rəhbərlik edib.

Bununla əlaqədar FİFA-nın icrayyə komitəsinin sabiq üzvü N.Leos barəsində İnterpol xətti ilə axtarış da elan edilib.

Xatırladaq ki, 2015-ci ilin may ayında İsveçrədə bir sıra yüksək rütbəli FİFA rəsmisi həbs edilib. Bu həbsləri şərh edərkən ABŞ-ın Ədliyyə Naziri və Baş Prokuroru Loretta Linç bəyan edib ki, saxlanılmış FİFA məmurlarının yaratdıqları korrupsiyon sxem təxminən 20 il ərzində mövcud olub və onlara yüz milyonlarla dollar məbləğində qeyri-qanuni gəlir etmək imkanı yaradıb.

Bundan əlavə məlum olub ki, İsveçrə polisi DÇ-2010 , DÇ-2018 və DÇ-2022 -yə ev sahibliyi edəcək ölkələrin seçilməsi zamanı pulların yuyulması ilə əlaqəli olan bir qrup adları çəkilməyən şəxs barəsində istintaq işi qaldırıb.

29 may 2015-ci il tarixində FİFA konqresində 5-ci dəfə yenidən təşkilatın prezidenti seçilən Yozef Blatter bundan cəmi bir neçə gün sonra korrupsiya qalmaqalı ilə əlaqədar gözlənilmədən vəzifəsindən istefa verib. FİFA-nın yeni prezidenti 2016-cı il fevralın 26-da İsveçrənin Sürix şəhərində keçiriləcək növbədənkənar konqresdə seçiləcək.//ANS


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol