Süni kirpik taxanların diqqətinə: bit düşə bilər - FOTO+VİDEO

"Gözəllik qurban tələb edir" - deyib qadınlar özlərinə o qədər əziyyət verirlər və nəticəsi də qurbanlıqdan da ağır olur.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Zhang adlı çinli bir qadın gözlərindən şikayət edərək həkimə müraciət edir. O, gözlərinin qaşındığını bildirib. Amma oğlu anasının kipriklərinin arasında nələrinsə gəzişdiyini deyib.

Həkimlər və tibb bacıları qadının kipriklərinin arasındakıları görüb dəhşətə gəliblər. Müəyyən olunub ki, qadının kipriklərinin arasında ən azı 20 bit var. Bitlər bir-bir çıxarılaraq qadının gözləri yuyulub, lazım olan bütün tibbi dezinfeksiya işləri aparılıb.

Həkimlər əvvəl bu canlının bit olduğuna inanmayıb, onun hansısa parazit olduğunu güman ediblər. Amma mikroskop altında təşhis edildikdən sonra həkimlər həmin canlıların bit olduğunu dəqiqləşdiriblər.

Daha sonra həkimlər bu vəziyyətin yaranma səbəblərini araşdırmağa başlayıblar. Məlum olub ki, qadın uzun müddət süni kiprikləridən istifadə edib, o, eyni zamanda heyvanlarla sıx təmasda yaşayıb.
Doktorları dehşete düşüren görüntü by cumhuriyet
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər