• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

FİFA: İordaniya şahzadəsi Platini-yə qarşı

FİFA: İordaniya şahzadəsi Platini-yə qarşı
30.07.2015 13:21
İordaniya kral ailəsinin üzvü olan şahzadə Ali deyib ki, FİFA-ya "yeni, keçmişin təcrübəsinə aidiyyəti olmayan şəxs rəhbərlik etməlidir”.

Michel Platini-nin öz namizədliyini gələn il fevralın 26-da keçiriləcək seçkidə FİFA prezidentliyinə irəli sürməsinin ardınca onun iki potensial rəqibi fransalını kəskin tənqid edib.

60 yaşlı UEFA prezidenti dünya futbolunun ən yüksək vəzifəsinə namizədlik verərkən deyib ki, korrupsiya iddialarının girdabında qalmış FİFA-nın "yeni səhifəsini” açmaq niyyətindədir.

Şahzadə Ali: "Platini pis seçim olardı”

Lakin bu təmənnada onun iki potensial rəqibi – şahzadə Ali Bin al-Hussein və Musa Bility mətbuata deyiblər ki, Platini "çox pis seçim olardı”.

Son prezident seçkisində Blatter-ə rəqib olmuş şahzadə Ali bildirib ki, "futbol azarkeşləri və oyunçuları” daha yaxşı rəhbərə layiqdirlər.

İordaniya kral ailəsinin üzvü olan şahzadə Ali deyib ki, FİFA-ya  "yeni, keçmişin təcrübəsinə aidiyyəti olmayan şəxs rəhbərlik etməlidir”.

Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Bility isə iddia edib ki, Platini rəhbər kimi FİFA-ya "daha çox parçalanma, xaos və problem” gətirə bilər.

Avropa Platini-ni dəstəkləyir

Fransa yığmasının keçmiş kapitanı, üç dəfə "Ballon d'Or” mükafatı almış Platini FİFA-ya prezident seçilmək üçün real şansa malikdir, beləki o, Avropa konfederasiyaları tərəfindən dəstəklənir.

FİFA-ya üzv 209 futbol assosiasiyasının prezident və baş katiblərinə göndərdiyi məktubda Michel Platini yazır ki, "futbolun maraqları naminə yorulmadan fəaliyyət göstərəcək”.

"Son yarım əsrdə FİFA-nın yalnız iki prezidenti olub” – yazır Platini.

O əlavə edib ki, "belə sabitlik, dəyişkən dünyada paradoks sayıla bilər, lakin son hadisələr dünya futbolunun ali qurumundan yeni səhifə açmağı və idarəçilik barədə yenidən düşüməyi tələb edir”.

Michel Platini həmçinin bu məktubda özünün UEFA rəhbəri kimi uğurlu fəaliyyətini yada salır.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol