• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Rusiya təyyarə qəzasının araşdırılmasına veto qoydu

Rusiya təyyarə qəzasının araşdırılmasına veto qoydu
30.07.2015 11:45
Rusiya BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyub. Qətnamədə ötən ilin iyulunda Ukrayna üzərində Malayziya təyyarəsinin vurulmasının araşdırılması üçün tribunal yaratmaq tələb olunurdu.

Malayziya, Niderland və Ukraynanın irəli sürdüyü təklifi şuranın 15 üzvündən 11-i dəstəkləyib. Çin, Venesuela və Anqola bitərəf qalıb.

Qətnamə layihəsində bütün ölkələrdən tələb olunurdu ki, xüsusi tribunalla əməkdaşlıq etsinlər, əks halda sanksiyalarla üzləşə bilərlər.

Səsvermədən az sonra Ukrayna prezidenti Petro Poroshenko deyib ki, Rusiyanın vetosuna baxmayaraq ədalətə nail olmağa çalışacaq. "Səsvermənin nəticələri hər şeyi deyir. Ancaq Ukrayna dayanmayacaq. Məqsədimiz günahkarı cəzalandırmaqdır,” Poroshenko-nun mətbuat katibi Svyatoslav Tseholko deyib.

Səsvermədən sonra ABŞ-ın səfiri Samantha Power söyləyib ki, "bu dəhşətli cinayətin araşdırılması yolunda heç nə dayana bilməz”.

Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin-in sözlərinə görə, rusiyalı təhqiqatçıların qəza yerinə getməsinə icazə verilmir və belə bir tribunal qərəzli olar, media "təbliğatı”na məruz qalar. /Azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Dünya 20:16
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Dünya 18:40
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Pezeşkianla Putin ikitərəfli əlaqələri müzakirə edib
Dünya 18:31
Pezeşkianla Putin ikitərəfli əlaqələri müzakirə edib
Azərbaycanda benzinin qiyməti artırılır
Dünya 14:50
Azərbaycanda benzinin qiyməti artırılır
İstanbulda Türkiyə və Azərbaycan tankerləri toqquşub - Yenilənib
Dünya 14:00
İstanbulda Türkiyə və Azərbaycan tankerləri toqquşub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol