• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

Polisin əlindəki dubinkanı elektroşok əvəz edir: Buna ehtiyac vardımı? - AÇIQLAMALAR

Polisin əlindəki dubinkanı elektroşok əvəz edir: Buna ehtiyac vardımı? - AÇIQLAMALAR
30.07.2015 13:42
Nazirlər Kabinetinin qərarı ilə elektroşok vasitələrini saxlayacaq, gəzdirəcək və təyinatı üzrə istifadə etmək hüququna malik olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı təsdiq olunub. Qərarda göstərilib ki, elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısına Daxili İşlər Nazirliyinin (DİN) Komendant Xidmətinin rəisi, inzibati binaların təhlükəsizliyini təmin edən nizami polis hissəsinin komandiri, komandirin müavini, xidmət üzrə baş inspektoru, xidmət üzrə inspektoru, manqa komandirləri və polis nəfərləri; DİN-in xüsusi təyinatlı nizami polis hissələrinin komandirləri, komandirlərinin müavinləri, sıravi, kiçik, orta və böyük rəis heyətindən olan digər əməkdaşları; DİN-ə bilavasitə tabe olan nizami polis hissələrinin (alay, tabor, bölük, taqım, manqa) komandirləri, komandirlərinin müavinləri, xidmət üzrə baş inspektorları; müvəqqəti saxlama yerlərinin konvoy xidmətlərinin əməkdaşları daxil edilib.

Azərbaycanda polislərin elektroşokdan istifadə etməsinə ehtiyac varmı?  Bu qərarın qəbul edilməsi vətəndaş polis münasibətlərinə necə təsir göstərəcək? Polis əməkdaşları elektroşokdan haqlı-haqsız yerə istifadə edərlərsə, onların cəzası nə ola bilər? ANN.Az xəbər portalı bu suallara aydınlıq gətirmək üçün mütəxəssislərin fikirlərini öyrənib.

Ələsgər Məmmədli: "Bu qərardan sonra cəmiyyətdə polis qorxusu daha artacaq”
 
 

Hüquqşünas Ələsgər Məmmədli bu sənədin imzalanmasını insan haqlarından kənar qərar kimi dəyərləndirib: " Terrorun, qarşıdurmaların, icazəsiz etiraz aksiyaların (məsələn, Fələstində, İraqda, Suriyada, Türkiyə olduğu kimi) tez-tez baş verdiyi cəmiyyətlərdə polislərə elektroşokdan istifadə hüququ verilə bilər. Amma Azərbaycanda bu qərarın verilməsini zəruzi edən hansısa əsas yoxdur. Azərbaycanda digər ölkələrdən fərli olaraq, polisə qarşı soyuq münasibət göstərən yoxdur. Onsuz da bizim cəmiyyətdə yetəri qədər polis qorxusu var. Bu qərarın verilməsi bu qorxu daha da artıracaq. Polislərin bu baxımdan elektroşokdan istifadə etməsinə lüzum yoxdur. Məncə, bu qərarın verilməsi cəmiyyət – polis gərginliyi daha da artıracaq.  Çünki polislər elektroşokdan yerində və qanunun göstərdiyi tələblər əsasında deyil, hər hansı bir sıxlıq, yaxud aksiyalar zamanı istifadə edəcəklər”. 
 

Ekspert elektroşokun dünya ölkələri arasında daha çox ABŞ-da istifadə olunduğunu vurğulayıb: "Bu vasitədən Avropa ölkələri deyil, ən çox ABŞ istifadə edir. Çünki Avropada polislərin silahlardan istifadə etməsi ən gərgin şəraitlər üçün nəzərdə tutulub. Buna görə də Avropa ölkələrində elektoşkdan daha  az istifadə edilir. Biz bunu həm mətbuatda, həm də Avropa ölkələrinə səfər etdiyimiz zaman da görmüşük”.

Dəyanət Rzayev: "Bu qərarın verilməsinə heç bir ehtiyac yox idi”
 
 

Məsələyə psixoloji tərəfdən yanaşan psixoloq Dəyanət Rzayev ANN.Az-a açıqlamasında polislərin elektroşokdan istifadəsininin absurd olduğunu bildirib. Psixoloq qeyd edib ki, ölkəmizdə "Polis mənim dostumdur” anlayışı yoxdur: "Cəmiyyətdə polis qorxusu kifayət qədər var idi, bu qorxununda üzərinə daha biri əlavə olundu. Ölkəmizdə bu qərarın verilməsinə heç bir ehtiyac yox idi. Bura Azərbaycandır, Amerika deyil axı harda gəldi elektroşokdan istifadə olunsun”. 

Bundan başqa psxioloq polislərin bu vasitədən lazımi vaxtı deyil, istədikləri vaxt istifadə edəcəyini də əlavə edib: "Polis elektroşokdan istifadə edəndə baxmayacaq ki, qarşısındaki insan xəstədi, ya sağlam. Bilməyəcək elektroşoku vurduğu adam epilepsiya xəstəsidir, ya sudurğalı insandır, ya da ruhi  xəstə. Bura Avropa deyil axı polis hər hansı bir insana yaxınlaşıb onu adını əlindəki planşetə yazıb, onu haqqında bütün məlumatları, xəstəlikləri öyrənə bilsin. Bunun üçün də bu qərar verilməmişdən öncə bunlar nəzərə alınmalı idi”. 

Psixoloq polislərin bu vasitədən istifadəsi haqqında məlumatlarının olmadığını da vurğulayıb: "Onlar üçün xüsusi təlimlər keçirilməlidir. Bizim polislər bilmirlər ki, elektroşoku 15-20 saniyədən artıq insanın üzərində saxladıqda onun həyatı üçün hansı təhlüklə yarana bilər?” 

Mahmud Hacıyev: "Bu vasitədən istifadənin ziddiyyətləri daha sonra üzə çıxacaq”
 
 

Sabiq polis əməkdaşı, hüquqşünas Mahmud Hacıyev ANN.Az-a açıqlamasında hüquqi demokratik ölkələrdə (Kanada, İtaliya, ABŞ və.s)  elektroşokdan istifadə edildiyini deyib: "Birincisi, hüquqi cəhətdən tam inkişaf edən, sivil ruhlu demokratik ölkələrdə bu qərarın verilməsinə qeyri adi, sensasilyalı bir hadisə kimi qarşılamaq olmaz. İkincisi,  biz hələ tam inkişaf edib bu ölkələr səviyyəsinə çatmamışıq. Bu səbəbdən də bu vasitədən istifadənin ziddiyyətləri daha sonra üzə çıxacaq.  Üçüncüsü budur ki, bizim cəmiyyətdə artıq belə bir ifadə formalaşıb ki, "Polis  mənim yanımdan keçəndə "Bismillah” deyirəm”. Bu ifadəni eşitdikdən sonra biz hansı polis- cəmiyyət münasibətlərindən söz açırıq? Bundan əlavə, görək, polis işçiləri bu vasitədən qanuni şəkildə istifadə edəcəklərmi? Bu, artıq şübhəli məsələdir.  Mütləq qaydada deyə bilərik ki, bu vasitədən polis əməkdaşları sui-istifadə edəcəklər”.

Hansı elektroşok silahları var?
 


"Taser” tipli elektroşok silahı Britaniya polisinin silahlanmasına 2013-cü ildə daxil olub. Statistikaya görə, həmin vaxtdan sonra bir il ərzində - 2014-cü ilin iyun ayına qədər Britaniya polisi "Taser”dən şübhəlilərə qarşı 10 min 488 dəfə istifadə edib. Bu zərbələrdən 1693-cü ölümcül olub. Yəni Britaniyada bir il ərzində elektroşok zərbəsindən gündə orta hesabla 5 adam ölüb.

İnsan haqları müdafiəçiləri deyirlər ki, üstəlik Britaniya polisi "Taser”i kifayət qədər əsas olmadan tətbiq edir. Məsələn, 2013-cü ilin iyulunda dondurma fabrikinin 23 yaşlı işçisi Cordan Beqli polisin elektroşok zərbəsindən ölüb.

Daha bir maraqlı fakt isə Avstriya ilə bağlıdır. Bu ölkənin polisi işlətdiyi elektroşokun fəsadlarını çox yaxşı bilir. Ona görə də Avstriyada elektoloşopdan istifadə edən polis dərhal xəstəxanaya müraciət edərək vətəndaş üçün həkim çağırır.

Elektroşokdan bu ölkələrdə istifadə ya qismən, ya da ümumiyyətlə qadağan edilib: Ukrayna, Kanada, Avstraliya, ABŞ (12 ştatında), Fransa, Almaniya, İrlandiya, Belçika, Danimarka, Hindistan, Argentina, İtaliya, Yeni Zellandiya, İsveç, İsveçrə, Yaponiya, Norveç.

Orxan Aslanlı


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda bütün şirkət və idarələrdə iş saatları dəyişdirilir – SƏNƏD
10:30
Bakıda bütün şirkət və idarələrdə iş saatları dəyişdirilir – SƏNƏD
Azərbaycan prezidenti Rasim Əliyevin məsələsini nəzarətə götürdü
10:15
Azərbaycan prezidenti Rasim Əliyevin məsələsini nəzarətə götürdü
Təhsil Nazirliyi: “Bu sərəncam tələbələrin sosial rifahını yaxşılaşdıracaq”
09:36
Təhsil Nazirliyi: “Bu sərəncam tələbələrin sosial rifahını yaxşılaşdıracaq”
Cəbhədə ağır döyüşlər: 4 erməni əsgəri öldürüldü
08:46
Cəbhədə ağır döyüşlər: 4 erməni əsgəri öldürüldü
Mətbuat katibləri bayram günü jurnalistlərə nə arzuladı? - AÇIQLAMALAR
08:07
Mətbuat katibləri bayram günü jurnalistlərə nə arzuladı? - AÇIQLAMALAR
07:57
"Rasim Əliyevi ilk müayinə edən USM həkiminin tibbi təhsili yoxdur" - İDDİA
Həmkarları vəkil Adəm Məmmədovu qınadı - AÇIQLAMALAR
07:11
Həmkarları vəkil Adəm Məmmədovu qınadı - AÇIQLAMALAR
“Azərbaycanda autizmin nə olduğunu bilməyən çox ailə var” - AÇIQLAMA
04:56
“Azərbaycanda autizmin nə olduğunu bilməyən çox ailə var” - AÇIQLAMA
Əli Abbasov vəzifəsindən azad edildi
03:14
Əli Abbasov vəzifəsindən azad edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol