• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Obama “müharibə yolundan” danışır

Obama “müharibə yolundan” danışır
31.07.2015 17:23
ABŞ prezidenti Barack Obama iyulun 30-da tərəfdarlarına deyib ki, Konqresdə İran sazişinə dəstək "yumşaq”dır və sazişə qarşı aqressiv lobbiçiliyin qarşısını almaq üçün çox işləməlidirlər.

Vaşinqtonda solçu baxışlı Amerika Proqres Mərkəzinə bağlı qrupların toplantısında Obama fəallara deyib ki, sülh istəyənlər İraq müharibəsindən əvvəl elədikləri səhvi təkrarlamamalıdırlar. O zaman müharibə tərəfdarları onların daha zəif çıxan səsini batırmışdllar.

"İndi Konqresdəki ofisləri bu sazişin opponentləri ilə aşıb daşır. Onlar televiziya reklamlarına 20 milyon dollar xərcləyir, konqresmenlərə təzyiq göstərirlər ki, sazişin əleyhinə səs versinlər. Amerika İsrail İctimai İşlər Komitəsi kimi güclü lobbilərin təsiri altında onlar da yumşalırlar, çünki siyasi hərarəti hiss edirlər,” Obama deyib.

Prezident deyib ki, söhbətləşdiyi konqresmenlər sazişə səs vermək istədiklərini deyirlər, ancaq bu sənədə qarşı olanları misal çəkirlər.

Obama onu da deyib ki, opponentlərin çoxu ABŞ-ı 2003-cü ildə İraq müharibəsinə cəlb edənlərdir.

"Səsinizi çıxarmasanız, bizi İraq müharibəsinə sürükləyən səsləri eşidəcəksiniz. Bu zaman biz tarixi fürsəti qaçırmış olacaq, potensial hərbi münaqişə yoluna düşəcəyik”. /Azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol