• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Wikileaks: ABŞ Yaponiyanı da izləyib

Wikileaks: ABŞ Yaponiyanı da izləyib
31.07.2015 16:47
Wikileaks internet saytı ABŞ Milli Təhlükəsilik Agentliyi (NSA) tərəfindən Yaponiya rəsmiləri və şirkətlərinin izlənilməsini təsdiq edən sənədləri dərc edib. Təqdim edilən materiallar arasında "tam məxfi” kimi işarələnmiş Milli Təhlükəsilik Agentliyinin 4 hesabatı da yer alıb. Sənədlərdə yapon məmurlarının beynəlxalq ticarət və iqlimin müdafiəsi sahəsində siyasətə dair gizli danışıqları əks olunub.

Hesabatların birində Agentlik tərəfindən sözü gedən məlumatların Avstraliya, Kanada, Böyük Britaniya və Yeni Zelandiyaya ötürülməsi bildirilir.
Bundan əlavə Wikileaks ABŞ Milli Təhlükəsilik Agentliyi tərəfindən telefon danışıqlarının izlənilməsi planlaşdırılan 35 hədəfin siyahısını açıqlayıb. Onlar arasında Yaponiyanın Nazirlər Kabineti, Yaponiya Bankının əməkdaşları, ölkənin Maliyyə və Ticarət nazirlikləri, "Mitsubishi" və "Mitsui" şirkətləri də var.

Yaponiya hökuməti məlumatı hələlik şərh etməyib. Əvvəllər Wikileaks saytı ABŞ Milli Təhlükəsilik Agentliyi tərəfindən Almaniya, Fransa və Braziliyanın izlənilməsi barədə analoji sənədlər dərc edib.

2015-ci ilin iyun ayında Fransa və Almaniya kütləvi informasiya vasitələri portala istinad edərək Agentliyin Fransanın və Almaniyanın siyasi xadimləri və biznesmenləri, o cümlədən Fransanın üç sabiq prezidenti və Almaniyanın keçmiş kanslerinə qarşı casusluq etməsi haqqında məlumat yayıb. //anspress.com
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Dünya 20:16
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Dünya 18:40
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Pezeşkianla Putin ikitərəfli əlaqələri müzakirə edib
Dünya 18:31
Pezeşkianla Putin ikitərəfli əlaqələri müzakirə edib
Azərbaycanda benzinin qiyməti artırılır
Dünya 14:50
Azərbaycanda benzinin qiyməti artırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol