• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Prezident İlham Əliyev Barak Obamaya məktub göndərdi

Prezident İlham Əliyev Barak Obamaya məktub göndərdi
03.08.2015 14:38
"ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, səylərinizin nəticələr verəcəyinə ümidvarıq”

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya doğum günü münasibəti ilə təbrik məktubu göndərib. "Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram.

Azərbaycan ilə Birləşmiş Ştatları dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin təmin edilməsində, ən qaynar nöqtələrdə sülhyaratma missiyasında birgə iştirakımız tərəfdaşlığımızın mühüm amillərindəndir.
İkitərəfli münasibətlərimizin inkişafına, qarşılıqlı fəaliyyətimizin genişlənməsinə Sizin töhfəniz dəyərlidir.

Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin nəticələr verəcəyinə ümidvarıq.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
12:23
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
12:13
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
İlham Əliyev iftar süfrəsində
12:07
İlham Əliyev iftar süfrəsində
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
10:56
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
10:39
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
10:27
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
09:43
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
09:18
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol