• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Prezident İlham Əliyevdən 5 milyon manatlıq sərəncam

Prezident İlham Əliyevdən 5 milyon manatlıq sərəncam
03.08.2015 19:21

Azərbaycan prezidenti İlham Əliyev Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, hazırda teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığı, təchizatın müasir tələblərə cavab vermədiyi nəzərə alınaraq teatrının binasının yenidən qurulması və təchizatı məqsədi ilə Prezidentin ehtiyat fondundan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə  sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
 
Qeyd edək ki, Dərbənd şəhərində XIX əsrin sonu – XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb. Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkarlar qazandırıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
12:23
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
12:13
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
İlham Əliyev iftar süfrəsində
12:07
İlham Əliyev iftar süfrəsində
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
10:56
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
10:39
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
10:27
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
09:43
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
09:18
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol