• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Türkiyə ilə Rusiya arasında qaz “müharibəsi” böyüdü

Türkiyə ilə Rusiya arasında qaz “müharibəsi” böyüdü
04.08.2015 16:59
Türkiyə "Türk axını” enerji layihəsinin həyata keçirilməsinin yubadılması ilə bağlı rəsmi açıqlama verib.

Modern.az saytı "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Energetika və Təbii Qaynaqlar naziri Taner Yıldız gecikmənin Rusiyadan qaynaqlandığını bəyan edib.  

Onun sözlərinə görə Rusiya "Türk axını” qaz-boru kəmərinin marşrutun koordinatlarını verməkdə gecikir.  Nazir bildirib ki, tərəflər arasında imzalanması planlaşdırılan sənədlərin hazırkı vəziyyətdə parlamentdə gündəmə gəlməsi çətin məsələdir.   O qeyd edib ki, Rusiya 2015-ci ilin yanvar ayının 1-dən Türkiyəyə satdığı qazın qiymətinin endirəcəyini bəyan etsə də, bu sənəd imzalanmayıb

"Hər ölkənin öz fərqli işləri olur. Düşünürəm ki, ona görə də görə də bu məsələyə vaxt ayıra bilməyiblər. Hal-hazırda qiymətin endirilməsi ilə bağlı sənədi imzalamamışıq”   Taner Yıldız deyib ki, Moskva boru xəttinin keçəcəyi ərazilərin 265 kilometrliyinin koordinatlarını müəyyənləşdirməkdə ləngiyir.

"10 iyuna qədər müəyyənləşdirilməmiş bir koordinatın icazəsi də verilməz. Çünki Türkiyənin hara icazə verəcəyini bilməyi lazımdır”.  

Rusiya prezidenti Vladimir Putin ötən il dekabrın 1-də Ankaraya səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə "Cənub axını” layihəsinin dayandırıldığını və "Türk axını” enerji layihəsinin işə başlayacağını bəyan etmişdi.  

"Türk axını” reallaşacağı təqdirdə, Avropanın enerji xəritəsində mühüm dəyişikliklər olacağı gözlənilirdi. Lakin Rusiya ilə Türkiyə arasında aparılan danışıqlar düyünə düşdüyündən hələlik, bu layihənin gələcəyi sual altına düşür. 

Belə bir vaxtda isə isə  "Qazprom"la Almaniyanın "Wintershall" şirkəti arasında Baltik dənizinin dibindən keçən "Şimal axını" qaz kəmərinin buraxılış gücünün artırılmasına dair memorandum imzalanıb. Bu isə Türkiyənin "Türk axını"nda irəli sürdüyü şərtlərin ağır olmasına görə Rusiya tərəfinin adekvat addımları kimi dəyərləndirilir.


Bəzi ekspertlər bildirir ki, "Türk axını” Azərbaycan qazının Avropaya ixrac edilməsini nəzərdə tutan və əsasını TANAP və TAP kəmərləri təşkil edən "Cənub qaz dəhlizi”nə rəqibdir.  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Dünya 20:16
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Dünya 18:40
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Pezeşkianla Putin ikitərəfli əlaqələri müzakirə edib
Dünya 18:31
Pezeşkianla Putin ikitərəfli əlaqələri müzakirə edib
Azərbaycanda benzinin qiyməti artırılır
Dünya 14:50
Azərbaycanda benzinin qiyməti artırılır
İstanbulda Türkiyə və Azərbaycan tankerləri toqquşub - Yenilənib
Dünya 14:00
İstanbulda Türkiyə və Azərbaycan tankerləri toqquşub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol