• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

"BakıKart" necə istifadə olunur və necə əldə etmək olar? - MAARİFLƏNDİRİCİ MƏLUMAT

06.08.2015 13:27
08.08.2015-ci il tarixindən Bakı metropoliteni stansiyalarına daxil olmaq üçün vahid ödəniş kartı kimi "Bakı Kart” və BakıKart Məhdud istifadə üçün kartların istifadəsinə başlanılır. Birinci mərhələdə "BakıKart Məhdud istifadə üçün” kartlardan "BakuBus” MMC-yə aid avtobuslarda və Bakı metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcəkdir.
 
Bu kartların təhlükəsizliyi yeni texnologiyaların tətbiqi ilə ən yüksək səviyyədə qorunur.
 
"BakıKart” və "BakıKart Məhdud istifadə üçün” kartlarını  bütün stansiyaların vestibüllərində və "BakuBus” MMC-yə məxsus olan marşurtların Bakı şəhərindəki dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək olar.
 
"BakıKart” (Plastik kart)-ın satış qiyməti  2(iki)manatdır. Terminallarda "BakıKart”ın balansının artırılması mümkündür. Bu növ kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrindən daiami istifadə edən sərnişinlər üçün nəzərdə tutulub.
 
"BakıKart Məhdud istifadə üçün” kartın satış qiyməti 20 qəpikdir. Bu növ karta yalnız satın alındığı zaman 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının qiyməti 20 qəpikdir. Terminallarda bu növ kartın balansının artırılması mümkün deyildir. Bu kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərimizin qonaqları və şəhər sakinləri üçün nəzərdə tutulub.
 
Nəzərə alınmalıdır ki, hər iki növ kart heç bir halda geri qaytarılmır.
 
"Metro Kart”-ın  girov dəyəri 2 şəkildə gediş haqqı olaraq istifadə edilə bilər:
 
•    "Metro Kart”-ın girov dəyəri "Metro Kart”-a gediş haqqı olaraq yüklənir. "Metro Kart”-ın balansı sıfır olduqda atılır və yeni "BakıKart” alınaraq istifadə edilir.
•    "Metro Kart”-ın girov dəyəri və balansında olan məbləğ  "BakıKart”-a köçürülərək istifadə edilir.
•    "Metro Kart”-ın girov dəyərini və balansda olan məbləği "BakıKart”-a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsi ilə "BakıKart”-ı alıb istifadədə olan "Metro Kart” ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir.
 
Bir ədəd "Metro Kart”-ın girov dəyərini və ona yüklənmiş məbləği yalnız bir ədəd "BakıKart”-a transfer etmək mümkündür.
 
"Metro Kart”-ı qaytarmaq istəyən sərnişinlər kartın girov dəyərini 15.08.2015-ci il tarixinə kimi stansiyaların xəzinələrindən geri ala biləcəklər. 15.08.2015-ci il tarixindən 30.09.2015-ci il tarixədək "Metro Kart”-ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə edilə biləcəkdir.
 
30.09.2015-ci il tarixədək metropolitendə "Metro Kart” və "Bakı Kart”-ın birgə istifadəsi həyata keçirləcəkdir. 30.09.2015-ci il tarixindən etibarən "Metro Kart”-ın istifadəsi dayandırılacaqdır.
 
"Metro Kart” və "BakıKart”-ları ilə yaranmış hər hansı bir problemlə bağlı "20 Yanvar”, "Cəfər Cabbarlı”, "Nəriman Nərimanov”, "Neftçilər” stansiyalarında fəaliyyətində olan "KART-ANALİZ” mərkəzlərinə, *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərsiniz.
   
 



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol