• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi açılıb - Fotolar

Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi açılıb - Fotolar
28.05.2020 20:01
Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Kompleks Kiyevin şimal girişində paytaxtın mərkəzinə gedən yolun üzərində nəqliyyatın ən sıx olduğu yerdə açılıb.
 
Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

YDM 4 yanacaqdoldurma qurğusu ilə təchiz olunub. Burada eyni zamanda 8 avtomobili yanacaqla təmin etmək imkanı var. Neft məhsullarının çeşidi А-95 Nano, А-98 Nano, Nano dizel yanacağı, həmçinin Avro-5 ekostandartına uyğun A-95 və А-92 benzinlərindən ibarətdir. Müştərilərin rahatlığını təmin etmək məqsədilə YDM-də təkərlərin doldurulması, avtomobilin su təchizatı, Wi-Fi, mobil telefonların enerji təminatı kimi pulsuz xidmətlər göstərilir. Kompleksin ərazisində kafe və mağaza da var. Ödəniş nağd, bank və yanacaq kartları, Level bonus kartları ilə həyata keçirilir. YDM SOCAR-ın yeni loqotipi ilə fəaliyyət göstərəcək. Şirkətin Ukraynadakı digər yanacaqdoldurma komplekslərinin də loqotipi dəyişdirilir.

Qeyd edək ki, Ukraynanın 27 yaşayış məntəqəsində SOCAR brendi ilə 53 YDM fəaliyyət göstərir. Şirkətin aktivləri Kiyev, Odessa, Lvov, Nikolayev, Roven, Çerkassı, Xarkov, Xmelnitski və Poltava vilayətlərində yerləşir. YDM-lərdə Polşa, Litva və Belarusun emal zavodlarında Avro-4, Avro-5 ekostandartlarına uyğun istehsal olunmuş neft məhsulları reallaşdırılır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
07:11
"Rahat" marketlər şəbəkəsinin 28-ci mağazası açıldı - Fotolar
“Bakcell”in “Virtual Futbol Çempionatı”nın qalibi Amerikadan qayıdıb  - Fotolar
05:20
“Bakcell”in “Virtual Futbol Çempionatı”nın qalibi Amerikadan qayıdıb - Fotolar
Heydər Əliyev prospektində təmir işləri yekunlaşdı - Fotolar
00:47
Heydər Əliyev prospektində təmir işləri yekunlaşdı - Fotolar
Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi açılıb - Fotolar
20:01
Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi açılıb - Fotolar
AccessBank inklüziv təhsillə bağlı layihəyə dəstək oldu - Fotolar
19:47
AccessBank inklüziv təhsillə bağlı layihəyə dəstək oldu - Fotolar
İlk ikimərtəbəli elektrik qatarları Azərbaycana göndərildi - Fotolar
19:11
İlk ikimərtəbəli elektrik qatarları Azərbaycana göndərildi - Fotolar
Pirallahını sahillə birləşdirəcək körpünün inşası başa çatır - Fotolar
18:16
Pirallahını sahillə birləşdirəcək körpünün inşası başa çatır - Fotolar
Nazirlik tərəfindən “ASAN xidmət” mərkəzində növbəti lisenziyalar verildi - Fotolar
17:53
Nazirlik tərəfindən “ASAN xidmət” mərkəzində növbəti lisenziyalar verildi - Fotolar
Daha bir avtomobil yolunda sürüşmə aktivləşdi - FOTO
14:45
Daha bir avtomobil yolunda sürüşmə aktivləşdi - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol