İki edamdan sağ çıxan Balayev – VİDEO
![İki edamdan sağ çıxan Balayev – VİDEO İki edamdan sağ çıxan Balayev – VİDEO](https://anews.az/photo/850x500/2015-08/1439018625_rasim-balayev-i.jpg)
Bu gün Azərbaycanın xalq artisti Rasim Balayevin doğum günüdür.
O, 8 avqust 1948-ci ildə Ağsuda anadan olub. Azərbaycan kinematoqrafiyasında Babək, Nəsimi, Beyrək kimi unudulmaz obrazlar yaradan sənətkar təkcə tarixi qəhrəman kimi deyil, mədəni qəhrəman kimi də cəmiyyətin bütün kəsimləri tərəfindən sevilir.
O gah Nəsimi kimi qələmlə sülhə doğru can atan, gah da Babək kimi qılınc götürüb azadlıq yanğısı üçün mübarizə aparan və milli təfəkkürün formalaşmasında əməyi olan ziyalıdır.
Dərisi soyulsa da, sağ əli bir az biləyindən yuxarı kəsilsə də, Rasim Balayev sağ qalmağı bacardı. O, bu gün Azərbaycan mədəniyyətinin söykənə biləcəyi nadir sənət sütunlarından biridir.
Axar.az böyük sənətkarın baş rol aldığı "Nəsimi” filmindən ən maraqlı səhnələri təqdim edir:
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər