• $
  • £

Prezident Şabranda müalicə-istirahət kompleksi açdı - FOTO

Prezident Şabranda müalicə-istirahət kompleksi açdı - FOTO
29.05.2020 08:57
"Qalaaltı Hotel & SPA" sıldırım qayanın altında yerləşir.

Şabranda "Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışı baş tutub. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. 

Dövlət başçısına məlumat verilib ki, kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yanında sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur "Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahədə yerləşən kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər inşa olunub.



Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib.


Kompleksin otel binası ən müasir səviyyədə inşa edilib. Buradakı 171 otaq hər təbəqədən olan qonaqlar üçün nəzərdə tutulub. Oteldəki "Mənzərə” restoranı, "Lavanda”, "Qala” və "Vitamin” barları qonaqların həm yüksək səviyyədə qidalanmaları, həm də asudə vaxtlarını daha maraqlı keçirmələri üçün geniş imkanlar açır. Burada SPA xidmətləri də təqdim edilir. Həmçinin hamam, sauna, türk hamamı, bio-sauna, masaj, buxar və ekzotik duş otaqları fəaliyyət göstərir.

Kompleksdə yerləşən tibbi mərkəz müasir avadanlıqla təchiz edilib. Burada müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şərait yaradılıb. Mərkəzdə fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya otaqları var.




Dövlətimizin başçısı kompleksin kollektivi ilə görüşdü, açılış münasibətilə təbriklərini çatdırıb.
Azərbaycan Prezidenti kompleksin həyətində yaradılan şəraitlə də maraqlanıb.

"Qalaaltı Hotel & SPA” kompleksində təbiətin qoynunda, ətraf mühitlə harmoniyada yaşamağa üstünlük verənlər üçün milli faunanın elementlərini özündə əks etdirən dörd kiçik otel binası da inşa edilib. "Lalə”, "Zanbaq”, "Bənövşə” və "Mimoza” adlı bu otellərin hər birində 44 otaq var. Daha dəbdəbəli istirahət arzusunda olanlar üçün isə villalar təklif olunur.





Dövlət başçısı şəraitlə maraqlanır. 


Kompleksin yerləşdiyi ərazi gözəl və füsunkar təbiətə malik olmasına baxmayaraq, burada əlavə yaşıllıq da salınıb. Ərazidə 48 növdə 1200-dən çox ağac əkilib, 15 min kvadratmetr ərazidə yaşıl ot örtüyü salınıb. Həmçinin uzunluğu 246 metr olan süni çay, fontanlar və şəlalə inşa edilib.

Komplekslə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.






"Qalaaltı Hotel & SPA”






Yeni açılan kompleksdə yaradılan şərait

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Marqvelaşvili:
12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi
10:31
Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi
Milli Məclisə
10:14
Milli Məclisə "əlvida" deyən deputatlar - SİYAHI
Azərbaycan ordusunun döyüş hazırlığı  - FOTOLAR
10:14
Azərbaycan ordusunun döyüş hazırlığı - FOTOLAR
Qərb Ermənistan-Türkiyə sərhədinin açılması üçün səylərini artırır  - FOTO
09:57
Qərb Ermənistan-Türkiyə sərhədinin açılması üçün səylərini artırır - FOTO
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Vladimir Putin Azərbaycan prezidentinə zəng edib
09:37
Vladimir Putin Azərbaycan prezidentinə zəng edib
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
09:29
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ
09:10
Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol