• $ 1.7
  • € 1.8453
  • ₽ 1.9383
  • ₺ 0.0465
  • £ 2.1921

Azərbaycan prezidenti Rasim Əliyevin məsələsini nəzarətə götürdü

Azərbaycan prezidenti Rasim Əliyevin məsələsini nəzarətə götürdü
29.05.2020 10:15
"Prezident İlham Əliyev avqustun 8-də Ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
 
Onun sözlərinə görə, Azərbaycan prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir: "Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir”.
 
Ə. Həsənov bildirib ki, prezident İlham Əliyev hadisə barədə xəbər tutan kimi Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırlması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin baş vermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verib.
 
"Azərbaycan prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırıb. Cənab prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirib”, - deyə o vurğulayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda bütün şirkət və idarələrdə iş saatları dəyişdirilir – SƏNƏD
10:30
Bakıda bütün şirkət və idarələrdə iş saatları dəyişdirilir – SƏNƏD
Azərbaycan prezidenti Rasim Əliyevin məsələsini nəzarətə götürdü
10:15
Azərbaycan prezidenti Rasim Əliyevin məsələsini nəzarətə götürdü
Təhsil Nazirliyi: “Bu sərəncam tələbələrin sosial rifahını yaxşılaşdıracaq”
09:36
Təhsil Nazirliyi: “Bu sərəncam tələbələrin sosial rifahını yaxşılaşdıracaq”
Cəbhədə ağır döyüşlər: 4 erməni əsgəri öldürüldü
08:46
Cəbhədə ağır döyüşlər: 4 erməni əsgəri öldürüldü
Mətbuat katibləri bayram günü jurnalistlərə nə arzuladı? - AÇIQLAMALAR
08:07
Mətbuat katibləri bayram günü jurnalistlərə nə arzuladı? - AÇIQLAMALAR
07:57
"Rasim Əliyevi ilk müayinə edən USM həkiminin tibbi təhsili yoxdur" - İDDİA
Həmkarları vəkil Adəm Məmmədovu qınadı - AÇIQLAMALAR
07:11
Həmkarları vəkil Adəm Məmmədovu qınadı - AÇIQLAMALAR
“Azərbaycanda autizmin nə olduğunu bilməyən çox ailə var” - AÇIQLAMA
04:56
“Azərbaycanda autizmin nə olduğunu bilməyən çox ailə var” - AÇIQLAMA
Əli Abbasov vəzifəsindən azad edildi
03:14
Əli Abbasov vəzifəsindən azad edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol