Madrid "Real”ının futbolçuları Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun eqoizmindən bezib və ona qarşı çıxıblar.
Anew.az xəbər verir ki, bu iddia ilə İspaniyanın "Diario Qol” nəşri gündəmə gəlib.
Xəbərdə qeyd olunur ki, ona ilk qarşı çıxan İsko olub. Sonra İskonu Serxio Ramos, Markos Asensio, Dani Sebalyos və Lukas Vaskes də dəstəkləyib.
Onu da bildirək ki, İsko ilə Ronaldu arasında bu problem hələ noyabrda başlayıb. Həmin oyunda "Real” 3:0 qalib gəlmiş, İsko ona qol ötürməsi verən Ronaldu ilə sevincini bölüşməyi lazım bilməmişdi. Daha sonra Ronaldu buna görə İskonu barmağı ilə hədələmişdi.
Qeyd edək ki, 2009-cu ildən "Real”da çıxış edən Kriştianu Ronaldunun komandadan gedəcəyi deyilir. Ötən ilin ən yaxşısı seçilmiş futbolçunun xidmətində Fransanın PSJ klubu maraqlıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !