“Real” hücumçusunu satdı

21:30 | 04.07.2019
İspaniyanın "Real” klubu hücumçusu Raul de Tomasla vidalaşıb.
"Qafqazinfo” xəbər verir ki, Madrid təmsilçisi sözügedən futbolçunu Portuqaliyanın "Benfika” klubuna satıb. 
Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Portuqaliya təmsillçisi bu keçid üçün "kral klubu"na 24 milyon avro ödəyib.

"Real”ın yetirməsi olan 24 yaşlı forvard ötən mövsüm "Rayo Valyekano”da icarə əsasında çıxış edib. O, La Liqada 33 oyuna 14 qol vurub.

www.anews.az
loading...

Xəbər lenti