Lissabonun (Portuqaliya) “Eştadiu da Luş” stadionunda Çempionlar Liqasının “Real Madrid” və “Atletiko Madrid” komandaları arasında final qarşılaşması başa çatdı.
Oxu.Az xəbər verir ki, oyunda hesabı 35-ci dəqiqədə “Atletiko”nun oyunçusu Dieqo Qodin açıb.
Lakin “Atletiko”nun azarkeşləri qələbəni qeyd etməyə hazırlaşdıqları bir vaxtda, “Real”ın oyunçusu Serxio Ramos əsas vaxta əlavə olunmuş vaxtda – 93-cü dəqiqədə hesabı bərabərləşdirdi – 1:1.
Əlavə olunmuş vaxtda “Real Madrid”in futbolçuları üç dəfə dalbadal fərqləndilər.
Əvvəlcə 111-ci dəqiqədə Qarret Beyl komandasının üstünlüyünü artırdı – 2:1.
118-ci dəqiqədə “Real”ın daha bir oyunçusu Marselo qol vurdu – 3:1.
Bu möhtəşəm matçda son nöqtəni isə Kriştianu Ronaldo qoydu – o, öz imkanını əldən buraxmadı və 120-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirdi.
Beləliklə, “Real” 4:1 hesabı ilə qalib gəldi – Çempionlar Liqasının kuboku Madridə gedir.
OXU.Az