"Real Madrid" iki futbolçusu ilə yollarını ayıracaq

21:30 | 27.09.2022

"Real Madrid" iki futbolçusu ilə yollarını ayıracaq

İspaniyanın "Real Madrid" klubu 2023-cü ilin yayında iki futbolçusu ilə yollarını ayıracaq.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, Marko Asensio və Mariano Diasın başa çatan müqavilələri yenilənməyəcək.

"Kral klubu" Toni Kroos və Kərim Benzemaya yeni sözləşmə təklif edəcək. Təcrübəli oyunçuların hansı qərar verəcəyi bəlli deyil.

Paytaxt təmsilçisinin Naço Fernandeslə danışıqları davam edir. Dani Sebalyosun komandadakı taleyinə aydınlıq gəlməyib.

 Marko Asensio 2016, Mariano Dias isə 2018-ci ildən "Real Madrid"də çıxış edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb