İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Pereslə bağlı qalmaqalın yeni təfərrüatları üzə çıxıb.
"Report"un məlumatına görə, "kral klubu" "El Confidencial" nəşrində Peresin səs yazılarının mövcudluğundan xəbərdar olub. 2011-ci ildə jurnalist Xose Antonio Abelyan paytaxt təmsilçisinin vitse-prezidenti ilə görüşərək, audio yazılarını yaymamaqdan ötrü 10 milyon avro tələb edib. "Real Madrid" rəsmisi şantajçının şərtləri ilə razılaşmayıb.
Sonradan Abelyan səs yazılarını bir çox media orqanlarına, o cümlədən AS nəşrinə təklif edib. Lakin həmin KİV-lər etik məsələlər və məhkəmə araşdırmaları təhlükəsi ilə əlaqədar imtina qərarı veriblər. Nəhayət, "El Confidencial" qalmaqallı sitatları dərc etməyə razılaşıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !