ReAl Partiyası da namizədlərini AÇIQLADI

15:37 | 11.12.2019
ReAl Partiyası da namizədlərini AÇIQLADI

ReAl Partiyası da namizədlərini AÇIQLADI

Respublikaçı Alternativ Partiyası (ReAl) fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərini elan edib.
 
Partiyadan Modern.az-a verilən məlumata görə, ReAl və bitərəf namizədlər koalisiya yaradaraq parlament seçkilərində çıxış edəcəklər.
 
Respublikaçı Alternativ Partiyası və bitərəf namizədlər arasında yaradılan ittifaq "ReAl Cümhuriyyətçilər” adlanır.
 
Bildirilib ki, Erkin Qədirli 16 saylı Yasamal ikinci seçki dairəsindən parlament seçkilərinə namizəd kimi çıxış edəcək.
ReAl Partiyasından Vasif İsmayıl 41 saylı Sumqayıt birinci, Elçin Haqverdiyev isə 22 saylı Nəsimi ikinci seçki dairələrindən namizədliklərini irəli sürəcəklər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb