• $ 1.7
  • € 1.9122
  • ₽ 0.02128
  • ₺ 0.0435
  • £ 2.2849

REAL TV-dən Ləman və Afətlə bağlı AÇIQLAMA

REAL TV-dən Ləman və Afətlə bağlı AÇIQLAMA
29.05.2020 11:35
REAL TV Ləman Ələşrəfqızı və Afət Telmanqızının işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Anews.az xəbər verir ki, "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, KİV-lərdə və sosial şəbəkələrdə Milli Məclisə seçkilərlə bağlı tutduqları mövqelərinə görə, REAL TV-nin  bəzi əməkdaşlarının işdən kənarlaşdırıldığına dair müxtəlif mülahizələr yayılır.

Bununla əlaqədar bildirilib ki, Milli Məclisə seçkilərə qatıldıqlarına görə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, REAL TV-nin əməkdaşları Afət Məhərrəmova və Ləman İsmayılova ilə xidməti müqavilə uzadılmayıb:

"Seçki prosesi başa çatdıqdan sonra həmin şəxslərə öz işlərinə qayıtmaq təklif olunub. Onların telekanalda fəaliyyətlərini davam etdirməsi üçün heç bir məhdudiyyət tətbiq olunmayıb". 

Bunları nəzərə alaraq REAL TV KİV-lərdə və sosial şəbəkələrdə əsassız iddialara son qoyulmasını, həqiqətə uyğun olmayan mülahizələr yayılmamasını xahiş edir.

Qeyd edək ki, L. Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədi rayonunda quru otluq sahədə yanğın baş verib - Video
Cəmiyyət 22:09
Binəqədi rayonunda quru otluq sahədə yanğın baş verib - Video
Füzuli Hüseynova töhmət verilib
Cəmiyyət 22:00
Füzuli Hüseynova töhmət verilib
Aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
Cəmiyyət 21:55
Aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
Tərtər sakini Ağdərədə minaya düşüb - Yenilənib
Cəmiyyət 20:26
Tərtər sakini Ağdərədə minaya düşüb - Yenilənib
Bakıda daha 3 narkokuryer saxlanılıb - Video
Cəmiyyət 19:17
Bakıda daha 3 narkokuryer saxlanılıb - Video
Təyyarədə tütün çəkməyə görə cərimə 5 dəfə artırılıb
Cəmiyyət 18:53
Təyyarədə tütün çəkməyə görə cərimə 5 dəfə artırılıb
Biləsuvarda yol qəzası olub,xəsarət alanlar var
Cəmiyyət 18:20
Biləsuvarda yol qəzası olub,xəsarət alanlar var
Fətəli xan Xoyski küçəsində 4 hərəkət zolağı olacaq
Cəmiyyət 18:05
Fətəli xan Xoyski küçəsində 4 hərəkət zolağı olacaq
Azərbaycanda icra olunmayan 1 milyon 200 min qərar var - Zahid Oruc
Cəmiyyət 17:27
Azərbaycanda icra olunmayan 1 milyon 200 min qərar var - Zahid Oruc
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol