“Real” və “Qalatasaray” oyuna ciddi itkilərlə çıxacaq

21:16 | 26.11.2013
“Real” və “Qalatasaray” oyuna ciddi itkilərlə çıxacaq

“Real” və “Qalatasaray” oyuna ciddi itkilərlə çıxacaq

Çempionlar Liqasının qrup mərhələsində sabah baş tutacaq "Real" (Madrid) - "Qalatasaray" matçına hər iki komanda ciddi itkilərlə çıxacaq.

Qol.Az-ın Türkiyə mətbutına istinadən yaydığı məlumata görə, Madrid klubundan dörd futbolçu "Cim-bom"la oyunda forma geyə bilməyəcək. Bunlar milli komandalarda zədələnən Sami Xedira, Fabio Koentrau, Rafael Varan və  son olaraq "Almeriya" ilə matçda zədələnən Kriştiano Ronaldodur.

"Qalatasaray"dan isə qapıçı Fernando Muslera bu oyunu buraxmalı olacaq. Bundan başqa, Aykut, Engin Baytar, Yekta Kurtuluş da heyətə daxil edilməyib.

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM