Rəcəb Tayyib Ərdoğan fətullahçı jurnalistlə savaşdı

00:02 | 04.02.2014
Rəcəb Tayyib Ərdoğan fətullahçı jurnalistlə savaşdı

Rəcəb Tayyib Ərdoğan fətullahçı jurnalistlə savaşdı

Türkiyənin “Zaman” qəzeti baş nazir Ərdoğanın reytinqinin həddindən aşağı düşdüyünü yazıb

Region  Almaniya federal kansleri Angela Merkelin dəvəti ilə Berlinə rəsmi səfərə gedən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan hava limanında “Zaman” qəzetinin müxbiri ilə savaşıb. 

ANS PRESS “Hurriyet” qəzetinə istinadən bildirir ki, digər jurnalistlərlə birlikdə Ərdoğana sualla müraciət edən “Zaman” əməkdaşı deyib: “Bu gün “Zaman” qəzetində bir sorğu cavabı yayılıb. AKP-ni dəstəkləyənləri payı 34,6%, sizin prezidentliyinə namizədliyinizi dəstəkləyənlər isə 16% olub. Prezident Abdulla Gülün vəzifəyə dəvət edilməsi ilə bağlı deyilənləri necə qəbul edirsiniz?” 

Ərdoğan isə jürnalistə çox sərt cavab verib: “Bunu dəyərləndirməyə gərək yoxdur, sən buna inanırsan? Sənin işlədiyin qəzet başqa bir sorğu nəticəsi də yaymışdı. Sən deyənəmi inanım, bunamı inanım? Bunlar dinləməz, uydurarlar, dərdləri başqadır. Bunlar bu ölkədə özlərinə görə bir iradə formalaşdıracaqlarını düşünürlər. Buna nail olmayacaqlar”.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM