Rəcəb Tayyib Ərdoğan Finlandiya ilə İsveçi hədələdi

12:52 | 20.05.2022
Rəcəb Tayyib Ərdoğan Finlandiya ilə İsveçi hədələdi

Rəcəb Tayyib Ərdoğan Finlandiya ilə İsveçi hədələdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qəbulunu dəstəkləməyəcəyini bazar ertəsi bir daha bəyan edib.  Ərdoğan qeyd edib ki, rəsmi Stokholm və Helsinki diplomatlarını Ankaraya göndərərək Türkiyəni razılaşmağa inandırmamalıdır.
 
Türkiyə liderinin əsas iddiası iki ölkənin kürd separatçılarına sığınacaq verməsidir.
 
Ərdoğan Bazar ertəsi keçirdiyi mətbuat konfransında İsveçi terror təşkilatlarının yuvası adlandırıb.
 
"Bu ölkələrin heç birinin terror təşkilatlarına qarşı açıq və aydın münasibəti yoxdur. Biz onlara necə etibar edək?” –  Türkiyə prezidenti bildirib.
 
Türkiyə iki Skandinaviya ölkəsini terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinə və  Ankaranın 2016-cı ildə dövlət çevrilişinə cəhdin təşkilində ittiham etdiyi Fətullah Gülənin tərəfdarlarına sığınacaq verməkdə ittiham edir.
 
O, Türkiyəyə qarşı sanksiyalar tətbiq edən ölkələrin NATO-ya üzv olmaq üçün müraciətlərinin qəbuluna mane olacağını bildirib.
 
Finlandiya və İsveç Suriyanı işğal etməsi səbəbindən 2019-cu ildə Türkiyəyə silah satışına qadağa qoyub.
 
BBC-nin diplomatik müxbiri Paul Adams bildirir ki,  Ərdoğan İsveç və Finlyandiyanı Türkiyəyə  nümayəndə göndərməməyə çağırsa da hər iki ölkə öz nümayəndə heyətlərini Ankaraya göndərməyə hazırlaşır.
 
İki ölkənin xarici işlər nazirləri Ann Linde və Pekka Haavisto Türkiyəyə səfər edəcək.
 
Adams yazır ki, Türkiyə prezidenti məsələ ilə bağlı qiymət bazarlığı etməkdə qərarlı görünür.
 
ABŞ dövlət katibi Entoni Blinken bazar günü Türkiyənin etirazlarına baxmayaraq Finlandiya və İsveçin NATO-ya üzv olacağına əminliyini ifadə edib.
 
Bu mövzu çərşənbə günü Vaşinqtonda Blinkenlə türkiyəli həmkarı arasında keçiriləcək danışıqlarda əsas müzakirə mövzusu olacaq.
 
Amerika Birləşmiş Ştatları Finlandiya və İsveçi NATO-ya üzv olmağa təşviq edəndən sonra ittifaqın 30 üzvündən birinin istəyinə əsasən bu qərarı ləğv etməyə razı ola  bilməz.
 
Britaniyanın xarici işlər naziri Liz Truss bazar ertəsi Finlandiya və İsveçin NATO-ya qoşulmasını qətiyyətlə dəstəkləyib. O ,əlavə edib ki, Avropanın kollektiv təhlükəsizliyini gücləndirmək üçün bu ölkələr mümkün qədər tez alyansa inteqrasiya edilməlidir.
 
NATO-nun baş katibi Yens Stoltenberq dəfələrlə qeyd edib ki. "iki Şimali Avropa ölkəsi "açıq silahlarla qarşılanacaq”, lakin proses alyansın mövcud 30 üzvü arasında yekdillik tələb edir.
 
Türkiyənin etirazları, güzəşt əldə etmək məqsədi daşısa da prosesi ləngidə bilər.
 
Stoltenberq bazar günü problemin həll olunacağına əminliyini ifadə edib.
 
Finlandiyadan sonra İsveç bazar ertəsi rəsmi NATO-ya üzv olmaq qərarına gəldiyini elan etdi və bununla da 200 illik neytrallıq ənənəsinə son qoyuldu.
 
Baş nazir Eva Magdalena Andersson bazar ertəsi Stokholmda keçirdiyi brifinqdə NATO-nun İsveçi, İsveçin isə NATO-nu gücləndirəcəyini ifadə edib.
 
Biz bir dövrü bitirib, başqa bir dövrə giririk.
 
Avropa Rusiyanın Ukraynaya təcavüzündən sonra özünü təhlükəli reallıqda olduğunu hiss edib. 
 
"Bununla belə İsveç öz ərazisində NATO-nun daimi hərbi bazalarını və nüvə silahlarını görmək istəmir” – deyə Anderson vurğulayıb.
 
Cavanşir Qasımov

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM