Rəcəb Tayyip Ərdoğan reanimasiyaya düşdü?

14:12 | 27.02.2014
Rəcəb Tayyip Ərdoğan reanimasiyaya düşdü?

Rəcəb Tayyip Ərdoğan reanimasiyaya düşdü?

Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın reanimasiyaya düşməsi haqqında məlumat yayılıb. ANS PRESS-in məlumatına görə, baş nazirin xəstəxanaya düşməsi barədə informasiya sosial şəbəkələrdə paylaşılıb. Ərdoğanın martda keçiriləcək bələdiyyə seçkisi ilə bağlı bir necə şəhərdə keçirilməli olan mitinqləri də təxirə salınıb və ya ləğv edilib. Hələlik mitinqlərin ləğv edilməsi ilə bağlı heç bir açıqlama verilməyib. Bu məsələ baş nazirin xəstəxanada olması iddialarını da gücləndirib. Hakim Ədalət və İnkişaf Partiyası yayılan söz söhbətə cavab verib. Partiyanın üzvü olan millət vəkili Hüseyn Çelik yayılan iddiaların əsassız və yalan olduğunu deyib. Onun sözlərinə görə, baş nazirin səhhətində heç bir problem yoxdur və onun mitinqlərlə bağlı proqramda heç bir dəyişiklik edilməyib.Digər bir açıqlama isə Ərdoğanın səhiyyə xidmətinin başında duran AKP millət vəkili Cevdət Erdöldən gəlib. O, da açıqlamasında Ərdoğanın reanimasiyada olması barədə yayılan xəbərlərin yalan olduğunu qeyd edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM