Rəfsəncaninin oğluna 10 il həbs verildi

19:45 | 12.06.2015
Rəfsəncaninin oğluna 10 il həbs verildi

Rəfsəncaninin oğluna 10 il həbs verildi

İranın sabiq prezidenti Əkbər Haşemi Rəfsəncaninin oğlu Mehdi Haşemi bu gün 10 il müddətinə azadlıqdan məhrum edilib.

"Trend"in "RİA Novosti"yə istinadən verdiyi məlumata əsasən, M.Haşemi iqtisadi fəaliyyət sahəsində cinayətlərdə, eləcə də korrupsiyada, dövlət vəsaitlərinin mənimsənilməsində, fırıldaqçılıqda və dövlət təhlükəsizliyinin pozulmasında təqsirli bilinib.

Hüquq-mühafizə orqanları onu 2012-ci ildə həbs etdikdən sonra azadlığa buraxılmışdı. Bununla belə, M.Haşemi barəsində araşdırma dayandırılmamışdı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM