Artıq bir neçə gündür kənd təsərrüfatı mallarının bahalaşması regionlarda da açıq-aydın hiss olunmaqdadır. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu daha çox ikinci çörək sayılan kartofda özünü aydın büruzə verir. Qiymətlərə şahidlik etdiyimiz yer isə Qazax rayon mərkəzi bazarı oldu. Kartofla yanaşı kənd təsərüfatı mallarının hamısında demək olar ki, bahalaşma müşahidə olunur. Bazarda bahalaşmayan təkcə mal əti olub. Sakinlər isə ötən illə müqayisədə bu il qiymətlərdən şoka düşdüklərini deyirlər. Bəzi sakinlər isə qiymət artımını yanacaqla müqayisə edərək bildiriblər ki, kənd təsərüfatı məhsulunun yetişdirilməsindən taki bazara gəlib çıxmasına kimi texnikadan istifadə olunur. Bu da yanacaqla hərəkətə gəldiyindən nəticədə bu qiymətlərə təsir edir. Qiymət artımına satıcıların fikri isə fərqlidir. Bir qism satıcılar bunu kartofun azlığı ilə əlaqələndirsə də, digərləri bahalaşmanı yanacağın qiymət artımı ilə izah edirlər. Son bir neçə gündə sınıq körpü sərhəd buraxılış məntəqəsində kartofun keçidinin dayandırılmasını əsas gətirirlər. Bir sözlə Qazax bazarına gəliş-gediş olmasa da pərakəndə küçə bazarında toyuğun qiymətindən tutmuş göy-göyərtiyə kimi bahalaşma hiss olunurdu. Kimi alır, kimi də köksünü ötürüb yan keçir.Tarif şurası nə qədər xəbərdarlıq etsədəki nəqliyyatın qiyməti dəyişməzdir, ancaq bəzən bu hal absurt olur. Beləki Yuxarı Salahlı kənd sakinləri 60 qəpiyə mənzil başına çatırdılarsa, indi bu qiymət 80 qəpiyə çatıb. Fərəhli maşurutu isə əksinə 50 qəpik olaraq qalsada sonuncu gedişini 70 qəpiyə aparmalı olur. Bir sözlə əksər kəndlərə gedən avtobuslar gediş haqlarını qaldırıb. Bu vəziyyətə nəzarət edən olmadığından əhalidə çaşqınlıq içindədir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !