Rəhim Seyfullayev “Şöhrət” ordeni ilə təltif edilib

R.M.Seyfullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
ANN.Az-in məlumatına görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə görə Rəhim Məmi oğlu Seyfullayev “Şöhrət” ordeni ilə təltif edilsin.