"Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən hərbi helikopterin qəzaya uğraması zamanı yaralanan iki nəfər hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) hospitalındadırlar, bunu DSX-nin rəis müavini İlham Mehdiyev deyib.
Hadisə zamanı yaralanan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlunun vəziyyətindən danışan DSX rəisinin müavini deyib:
"Onlar ayaq üstədirlər”, - deyə o bildirib.
Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Bizi sosial şəbəkələrdə izləyin !