“Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərəncamın imzalanması Azərbaycan xalqının sevincinə səbəb olub”.APA-nın məlumatına görə, bunu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, rəssam Rəis Rəsulzadə deyib. R. Rəsuzladə bunun mühüm addım olduğunu qeyd edərək ölkə prezidentinə təşəkkür məktubu da yazdığını bildirib: “Bu sərəncam bizim tariximizə, mədəniyyətimizə, milli ideologiyaya verilən qiymətdir. Prezident özü də demişdi ki, tarixi necə var təqdim etmək lazımdır, onu inkar etmək olmaz. Tariximizi dərindən öyrənməyə böyük ehtiyac var”. R. Rəsulzadə deyib ki, M. Ə. Rəsulzadənin xatirəsini əbədiləşdirmək üçün onun nəzəriyyəsi dərindən öyrənilməli, əsərləri çap olunmalı, Bakıda bir nişanəsi olmalıdır: “Bütün bunların yaxın vaxtda həll olunacağına inanıram. Elə məqamlar olub ki, tədqiqatçılar gəlib, amma Rəsulzadə irsini araşdırmaq üçün bir yer tapılmayıb. Məcburən Novxanıya gediblər. İstərdim ki, Məhəmməd Əmin Rəsulzadənın muzeyi olsun, heykəli qoyulsun”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !