Son günlər ölkədə müharibə şəraitinin davam etməsi səbəbindən əhali Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etmək istəyir.
Bunu nəzərə alaraq, "BirBank” mobil tətbiqində sosial aksiya keçirilərək, yeni funksiya təqdim edilib. Belə ki, artıq tətbiq istifadəçiləri bonus şəklində topladıqları "Ürəklər”ini Yardım Fonduna ianə formasında "xərcləyə” bilərlər.
"BirBank” mobil tətbiqinin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə nağdsız ödənişlər edərək, "Ürək” qismində olan bonuslar qazana bilirlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !