• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Rektora 10 min "like"

Rektora 10 min "like"
29.05.2020 04:34
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Rektor tələbələrin suallarını cavablandırır" aksiyası sona çatıb. Universitetin rektoru, professor Ədalət Muradov iyun ayının 5-dən 10-dək Facebook sosial şəbəkəsində tələbələr, valideynlər və digər şəxsləri maraqlandıran bütün sualları operativ cavablandırıb.Universitetin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu müddət ərzində rektorun ünvanına 400-dən çox müraciət daxil olub. Rektorun birbaşa göstərişi ilə daxil olan müraciətlərin yerindəcə araşdırılıb tədbir görülməsi məqsədilə aidiyyatı struktur bölmələrə tapşırıqlar verilib. Layihə çərçivəsində universitetin rəsmi Facebook səhifəsi (https://www.facebook.com/aseu.az) 20 minə yaxın izləyici tərəfindən oxunub. 10 minə yaxın istifadəçi isə "Rektor tələbələrin suallarını cavablandırır" aksiyasını bəyənib.Rektor sosial şəbəkədə tələbələri daha çox narahat edən sualları birbaşa cavablandırmaq məqsədi ilə onları görüşə dəvət edib. Görüş zamanı rektor tələblərin müraciətlərini dinləyərək məsələlərin həll edilməsi üçün məsul şəxslərə göstəriş verib. Dövlət təhsil müəssisələri arasında ilk dəfə ADİU-da reallaşdırılan aksiyanın məqsədi imtahan sessiyası dövründə şəffaflığı artırmaq, tələbələrin rektora və digər rəhbər şəxslərə çıxış imkanlarının asanlaşdırılmasına xidmət etməkdir.İstifadəçilərin marağını nəzərə alaraq, "Rektor tələbələrin suallarını cavablandırır" layihəsi gələcəkdə də həyata keçiriləcək. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AzTV üzr istədi
Cəmiyyət 00:03
AzTV üzr istədi
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
Cəmiyyət 20:15
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
BQXK-nın Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini yaxın vaxtlarda dayandıracaq
Cəmiyyət 19:56
BQXK-nın Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini yaxın vaxtlarda dayandıracaq
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Cəmiyyət 19:40
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Bakıda 9 marşrut üzrə avtobusların hərəkətində ləngimələr var
Cəmiyyət 18:26
Bakıda 9 marşrut üzrə avtobusların hərəkətində ləngimələr var
Metrodan istifadə edən sərnişinlərin sayı azalıb
Cəmiyyət 17:19
Metrodan istifadə edən sərnişinlərin sayı azalıb
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
Cəmiyyət 16:42
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
Lerikə yeni prokuror təyin edilib
Cəmiyyət 16:02
Lerikə yeni prokuror təyin edilib
Azərsun Holdinq” növbəti dəfə sertifikatla təltif olunub
Cəmiyyət 15:02
Azərsun Holdinq” növbəti dəfə sertifikatla təltif olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol