Rektor nazirliyi məhkəməyə verdi

10:39 | 04.04.2017
Rektor nazirliyi məhkəməyə verdi

Rektor nazirliyi məhkəməyə verdi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı ona məxsus qarajın sökülməsinə görə kompensasiyanın ödənilməməsi ilə bağlı məhkəməyə müraciət edib.

ANN.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nail Bayramov adlı şəxslə birgə Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıran rektor Maliyyə Nazirliyini də prosesə üçüncü şəxs qismində cəlb edib.

İddiaçılar icra hakimiyyətindən sökdükləri qarajın pulunu tələb ediblər. Bu il fevralın 3-də 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində iş üzrə qərar çıxarılıb və M.Babanlının iddiası rədd edilib.

Maliyyə Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyəti qərardan apellyasiya şikayəti veriblər. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın sədrliyi ilə bu gün (4 aprel 2017) davam etdiriləcək.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM