Reper silahlı basqın nəticəsində öldürüldü

16:27 | 04.01.2014
Reper silahlı basqın nəticəsində öldürüldü

Reper silahlı basqın nəticəsində öldürüldü

Rep dünyası daha bir ulduzunu itirdi. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, dünyaca məşhur reper 50 Cent-in qurduğu hip-hop qrupunun üzvlərindən biri olan Camal Qrin Nyu Yorkda silahlı basqına məruz qalıb. Basqın nəticəsində o qətlə yetirilib. “Mazaradi Fox” adı ilə tanınan Qrinin ölümü ilə əlaqəli şəxsi "Twitter" səhifəsində açıqlama verən 50 Cent ağır günlər keçirdiyini bildirib. O, həyatını itirən 42 yaşlı rep ifaçısının ailəsinə və yaxınlarına başsağlığı verib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM