"Rəqabət Məcəlləsi" qanunu Prezident tərəfindən təsdiqlənib

17:27 | 23.01.2024

"Rəqabət Məcəlləsi" qanunu Prezident tərəfindən təsdiqlənib

Prezident İlham Əliyev "Rəqabət Məcəlləsi" Qanunu təsdiq edib.

Dövlət başçısı, həmçinin Qanunun tətbiqini təmin etmək məqsədilə "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman da imzalayıb.

Dekabrın 8-də Milli Məclisdə "Rəqabət Məcəlləsi haqqında" qanun təsdiqlənib. 
 
Qanun iyulun 1-dən qüvvəyə minir. 
 
Sentyabrın 26-da Milli Məclisdə Rəqabət Məcəlləsi haqqında ictimai dinləmə zamanı deputat Vahid Əhmədov da açıqlamışdı ki, bu qanun 16 il bundan qabaq qəbul olunması üçün işlər getdi və III oxunuşda qəbul olunmadı. Deputat bildir ki, qanunun qəbul olunmasına icazə verilməyib.


Sentyabrın 26-da Rəqabət Məcəlləsinin Təsdiq edilməsi haqda qanun layihəsi haqda Milli Məclisdə ictimai dinləmə keçirilib.Dinləmədə iqtisadi ekspertlər və deputatlar qanun layihəsi istiqamətində bir sıra təkliflər veriblər.

Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılır. Yeni layihə 12 fəsil, 83 maddədən ibarətdir.
 
Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli "Haqsız Rəqabət haqqında" və 1993-cü ildə qəbul olunan "Antiinhisar fəaliyyəti haqqında" qanunlarla tənzimlənir.

Gülnar Nazimqızı





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb