Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva ailəsi ilə birgə Dubaya istirahətə yollanıb.
SİA-nın məlumatına görə, F.Fətəliyeva orada "Cafe Baku"da olduğu zaman ölkə başçısı İlham Əliyevin qızı Leyla Əliyeva ilə görüşüb və xatirə fotosu çəkdirib. O paylaşdığı şəklə "Sadə insan, sizi görməyimə çox şad oldum” şərhini yazıb.
Daha sonra F.Fətəliyeva Dubaya əsl səfərinin məqsədini açıqlayıb: "Dubaya tək dincəlməyə gəlməmişəm. Necə deyərlər, həm ziyarət, həm ticarət. Yaradıcılıq işlərimlə bağlı bir neçə işlər var. Onları reallaşdırıram. Partlayış olacaq. Özü də tam fərqli bir şey. Bundan başqa bilirsiniz ki, xınayaxdı təşkili ilə də məşğulam. Buradan xınayaxdı üçün lazım olan tam fərqli dekorlar aldım. Hansı ki, ondan Azərbaycanda yoxdur. Bunu ilk dəfə mən gətirəcəm”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !