• $ 1.7
  • € 1.9496
  • ₽ 0.021656
  • ₺ 0.043
  • £ 2.2799

Rəşad Mahmudova yeni vəzifə verildi

Rəşad Mahmudova yeni vəzifə verildi
29.05.2020 11:40
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov yeni vəzifəyə təyinat alıb. 

Anews.az xəbər verir ki, modern.az saytının əldə etdiyi məlumata görə, R.Mahmudov Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru təyin olunub.

R.Mahmudov faktı təsdiqləyib. O bildirib ki, bu gündən vəzifəsinin icrasına başlayıb.

Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olub. 1980-1991-ci illərdə Astara rayonundakı Səməd Vurğun adına orta məktəbi bitirib.

1991-1997-ci illərdə Türkiyə Respublikasındakı 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsil alıb.

1997-2003-cü illərdə Türkiyə Respublikasındakı Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsilini davam etdirib.

2003-cü ildə Türkiyə Respublikasındakı Ege Universitetində Uzmanlıq Diplomu müdafiə edib.

2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi, 2015-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək tibb üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.

2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə (V çağırış) seçkilərdə Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 77 saylı Astara seçki dairəsindən deputat seçilib. 
 
R.Mahmudov bu yaxınlaradək - 2018-ci ilin may ayınadək Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdindəki Bakı Ürək Mərkəzinin rəhbəri olub. Daha əvvəllər isə Mərkəzi Neftçilər Xəstəxanasında çalışıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Saatlıda 18 yaşlı gənc çayda boğulub
Cəmiyyət 19:53
Saatlıda 18 yaşlı gənc çayda boğulub
Nəsimi rayonunda qaz olmayacaq
Cəmiyyət 19:17
Nəsimi rayonunda qaz olmayacaq
İsmayıllıda sex və mağazada yanğın olub
Cəmiyyət 18:44
İsmayıllıda sex və mağazada yanğın olub
Səbail rayonunda silah-sursat aşkarlanıb - Video
Cəmiyyət 18:28
Səbail rayonunda silah-sursat aşkarlanıb - Video
Müəllimlərin sertifikasiya imtahanı başa çatıb
Cəmiyyət 18:14
Müəllimlərin sertifikasiya imtahanı başa çatıb
Hacı Vəliyevin həbs müddəti 2 ay uzadılıb
Cəmiyyət 17:20
Hacı Vəliyevin həbs müddəti 2 ay uzadılıb

Növbəti üç gündə külək güclənəcək
Cəmiyyət 17:15
Növbəti üç gündə külək güclənəcək
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
Cəmiyyət 16:19
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
DTX-dən əməliyyat- Qaxın icra başçısı saxlanılıb/YENİLƏNİB
Cəmiyyət 15:40
DTX-dən əməliyyat- Qaxın icra başçısı saxlanılıb/YENİLƏNİB
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol