• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Rəşad Məcid "Abzas Media” saytının jurnalistlərinin həbsinə münasibət bildirib

Rəşad Məcid
21.11.2023 15:53
Mətbuat Şurası "Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktor Sevinc Abbasovanın saxlanılması ilə bağlı prosesləri izləyir və istintaqın sonunda münasibət bildirəcək. Bunu Mətbuat Şurasının rəhbəri Rəşad Məcid bildirib. 
 
"Prosesləri izləyirik. İndilikdə konkret nəsə deyə bilmərik. İstintaqın nəticələri məlum olandan sonra münasibətimizi bildirəcəyik. Ümumi desək, arzumuz budur ki, bütün media subyektlərinin maliyyə mənbələri şəffaf olsun”, - Rəşad Məcid anews.azsaytına WhatsApp  vasitəsilə verdiyi açıqlamada deyib. 
 
Noyabrın 20-də "Abzas Media”nın direktoru Ülvi Həsənli qaçaqmalçılıqda şübhəli bilinərək saxlanılıb. "Abzas Media”nın ofisində axtarış aparılıb, 40 min avro dəyərində pul dəlil kimi müsadirə edilib.  Ona qarşı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığı nəzərdə tutan 206.3.2-ci maddəsilə ittiham irəli sürülüb.
 
Ülvi İsmayıldan bir gün sonra  "Abzas Media” internet nəşrinin baş redaktoru Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən Bakı hava limanında saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb. Bu barədə saxlanılan şəxslərin vəkilləri mediaya məlumat verib. 
 
Rəşad Məcid Anews.az-ın ölkədə jurnalistlərin saxlanılması erməni lobbisinin Azərbaycanı insan hüquqlarını pozan ölkə kimi qələmə verməyə çalışdığı bir zamanda  hüquq müdafiəçilərinin təbirincə desək Ermənistanın dəyirmanına su tökmək kimi dəyərləndirilə bilərmi sualına cavabında bildirib ki,  ölkəmizi nüfuzdan salmağa çalışmaq, düşmən qüvvələrin sifarişini yerinə yetirmək bağışlanılmazdır. 
 
"Təəssüf edirik ki, düşmən dəyirmanına su tökənlər sırasında özünü jurnalist adlandıranlar da var. Azərbaycanın indiki qalib dövründə, bizi istəməyənlərin iç üzlərini gizlədə bilmədiyi bir zamanda, qaşınmayan yerdən qan çıxarmaq, ölkəmizi nüfuzdan salmağa çalışmaq, düşmən qüvvələrin sifarişini yerinə yetirmək bağışlanılmazdır. Mən bütün media adına iddia edənləri vətəndaş məsuliyyətini hiss etməyə çağırıram”, - Məcid qeyd edib.
 
O həmçinin Mətbuat Şurasının həbs olunan jurnalistlərlə bağlı istintaq bitəndən sonra münasibət bildirəcəyini də vurğulayıb.
 
Ülvi İsmayıl və Sevinc Vaqifqızı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara bu gün Xətai rayon məhkəməsində baxılacaq.

Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol