"Avropa oyunlarında hakimlər bizə qarşı çox sərt mövqe tuturlar”, bunu jurnalistlərə "Qarabağ”ın kapitanı və Azərbaycan millisinin sabiq üzvü Rəşad Sadıqov Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ”- "Çelsi” matçında baş hakim Manuel De Souzanın futbolçuya qırmızı vərəqə verib "Qarabağ”ın qapısına penalti təyin etməsinə şərh olaraq bildirib.
"Fikrimcə, oyunu iki hissəyə bölmək olar: qırmızı vərəqədən əvvəlki və qırmızı vərəqədən sonrakı oyun. Qırmızı vərəqəyə qədər hər şey yaxşı keçdi, penalti ilə oyunun bütün taleyi həll olundu. Hakimə yaxınlaşıb dedim ki, penalti verirsənsə, heç olmasa qırmızı vərəqə vermə. Amma qərarını dəyişmədi, qırmızı vərəqə də verdi. Avropa oyunlarında hakimlər bizə qarşı çox sərt mövqe tuturlar.
Oynadığımız oyunlarda neçə belə epizod var ki, bizə qarşı sərt qərar veriblər. İkinci penaltiyə gəlincə, Qara Qarayevə elə penalti verilirsə, bunun harası Avropa Liqası oldu? Mən həyatım boyu heç vaxt ayaqüstə verilən penalti görməmişəm. Hər iki futbolçu mübarizə aparır və hakim penalti təyin edir. Belə penalti olmur”, - deyə R. Sadıqov qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !