Dünəndən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının (U-21) daha iki yoldaşlıq oyunu müəyyənləşib.
Anews.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu millimiz yanvarın 21-də və 26-da Albaniyanın U-21-i ilə qarşılaşacaq.
Xatırladaq ki, millimiz yanvarın 23-də Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşacaq. Hər üç oyun yerli vaxtla saat 18:00-da başlayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !