"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etdiyi üçün ona Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) xəbərdarlıq edib. Bu barədə qərar AFFA-nın İntizam Komitəsinin avqustun 26-da keçirilən iclasında qəbul edilib.
Habelə, aparılan müzakirələrdən sonra Misli Premyer Liqasının 2-ci və 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar da çıxarılıb:
2-ci turun "Zirə” – "Sabah” oyununda "Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
2-ci turun "Zirə” – "Sabah” oyununda "Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
2-ci turun "Sumqayıt” – "Qarabağ” oyununda "Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
2-ci turun "Səbail” – "Turan Tovuz” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
3-cü turun "Sabah” – "Neftçi” oyununda "Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. Bu oyunda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
3-cü turun "Zirə” – "Sumqayıt” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
3-cü turun "Kəpəz” – "Qəbələ” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !